» » Pedaqoji Universitetdə tədris-yardımçı heyətin biliyi yoxlanılır

Pedaqoji Universitetdə tədris-yardımçı heyətin biliyi yoxlanılır

Loading...

247 nəfərin peşəkarlıq səviyyəsi yoxlanır

Xəbər verdiyimiz kimi aprelin 20-dən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin ikinci mərhələsi başlayıb.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.org-a daxil olan məlumata görə, alternativ əsaslarla keçiriləcək müsabiqənin məqsədi ADPU-da tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Eyni zamanda ADPU-da tədris-yardımçı heyətin də bilik və peşəkarlıq səviyyəsinə ciddi diqqət yetirilir.

Belə ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə İnsan resursları şöbəsi tərəfindən aprelin 25-dən universitetdə tədris-yardımçı heyətin: tədris laboratoriya müdirlərinin, tyutorların, laborantların, baş laborantların, tədris ustalarının, operatorların və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyəsinin yoxlanılmasına başlanılıb. Məqsəd onların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsidir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov yoxlamanın şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir. Yoxlamaya ümumilikdə 247 nəfər cəlb edilib. Yoxlama iki mərhələdə aparılacaq. Yoxlamanın birinci mərhələsində hər bir qrupu 14 nəfərdən ibarət olan tədris-yardımçı heyətin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bilik və bacarıqları yoxlanılacaq. Növbəti həftə keçiriləcək ikinci mərhələdə isə onların elmi-nəzəri bilik səviyyələri, qanunvericiliklə bağlı bilikləri, məntiqləri, dünyagörüşləri yoxlanılacaq. Yoxlamaların nəticələrindən asılı olaraq hər bir işçi barədə fərdi qaydada müvafiq qərar qəbul ediləcək.

Hurriyyet.org

  

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA