» » Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçildi

Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçildi

Loading...

Картинки по запросу Cəmil Quliyev

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.

Hurriyyet.org bildirir ki, MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, iclasda Yayım Şurasının üzvləri tərəfindən İTV-nin baş direktorunun seçilməsi prosesi keçirilib. O qeyd edib ki, Yayım Şurasının qərarı ilə Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib.

Qeyd edək ki, MTRŞ-in İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədilə elan etdiyi müsabiqəyə 5 nəfər iddiaçı – Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.

Xatırladaq ki, C. Quliyevin səlahiyyət müddəti bu il aprelin 23-də başa çatıb. Kinorejissor, ssenarist, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru C. Quliyev 1963-cü ildə Bakıda anadan olub. O, 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib, 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2011-2013-cü illərdə “Mədəniyyət” telekanalının baş direktoru olan C. Quliyev 2013-cü il aprelin 23-dən İTV-nin baş direktorudur.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA