» » Ərdoğan: "ABŞ və terror təşkilatı bayraqlarının birgə dalğalanması bizi təəssüfləndirir"

Ərdoğan: "ABŞ və terror təşkilatı bayraqlarının birgə dalğalanması bizi təəssüfləndirir"

Loading...

 

“Suriyada Türkiyə ilə sərhəd boyunca ABŞ hərbi karvanında ABŞ və YPG terror təşkilatının bayraqlarının birgə dalğalanması bizi təəssüfləndirir”.

APA-nın məlumatına görə, bunu bu gün Hindistana səfərdən öncə mətbuat konfransı keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

T. Ərdoğan deyib ki, Türkiyə və ABŞ NATO üzvləri, strateji müttəfiqdir: “Strateji müttəfiq kimi biz bu mənzərədən narahat oluruq. Bu, ABŞ-ın öncəki prezidenti Barak Obamanın dövründən qalan bir ənənədir, davam edir. Vaşinqtona səfərim zamanı mövqeyimizi ABŞ prezidenti Donald Trampa çatdıracağıq. Türkiyə sıradan bir dövlət deyil, biz öz köbəyimizi özümüz kəsəcəyik. Mən bir daha bəyan edirəm ki, hər an Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalına daxil olaraq, YPG terror təşkilatına zərbə endirə bilər. Biz əndişə ilə yaşamaqdansa, terrorçular qorxu içərisində yaşasınlar”.

Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadıdır.

 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA