» » “Üzümçülükdən gələn gəlir 4 dəfə azalıb” - EKSPERT

“Üzümçülükdən gələn gəlir 4 dəfə azalıb” - EKSPERT

Loading...

“Üzümçülüyün inkişafı istiqamətində Azərbaycanın böyük potensialı olduğu halda, təəssüflər olsun ki, indiki hökumət bütün imkanları əldən verib. Ölkə 1994-cü ildə 14, 6 milyon dollar dəyərində 4,9 milyon dekalitr üzüm şərabı ixrac etdiyi halda, 20 il keçdikdən sonra bu göstərici 75 dəfə azalaraq 194 min dekalitrə qədər enib. Ölkəyə bu sahədən gələn gəlir isə 4 dəfə azalıb”.

Bu barədə Hurriyyet.org-a açıqlmasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

“Şərab idxalı 3 dəfədən çox artıb”

Məhərrəmov qeyd etdi ki, bu zaman ərzində şərab idxalı 3 dəfədən çox artıb: “Belə ki, 1994-cü ildə ölkəyə 350 min dollar dəyərində şərab idxal olunduğu halda, 2015-ci ildə idxal olunan şərabın dəyəri 1 milyon 140 min dollar təşkil edib.

Gürcüstan hökumətinin isə uzun müddət üzümçülüyün inkişafı istiqamətində apardığı siyasət öz bəhrəsini verir. Belə ki, bir müddət ciddi istehsal və bazar problemləri ilə qarşılaşan şərab istehsalçılarının problemlərini həll etmək üçün hökumət əsaslı işlər görmüşdür. Gürcüstana qərb investorlarını, mütəxəssisləri cəlb etməklə, ölkədə muasir texnologiyanın tətbiqinə və daha keyfiyyətli məhsul istehsalına nail oldular. Mütəxəssislərin, investorların köməyi ilə həm də yeni bazarlara çıxış imkanı əldə etdilər”.

“Gürcüstandan Azərbaycana ixrac olunan spirtli içkilərin miqdarı 2 dəfə artıb”

“Gürcüstan hökumətinin verdiyi məlumata görə, bu ilin yanvar-may ayları ərzində ölkə 100,8 milyon dollar dəyərində şərab, brendi və çaçi ixrac edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64 faiz çoxdur. Son zamanlar ənənəvi Rusiya, Qazaxıstan, Ukraynaya, Belarus, Latviya kimi ölkələrin bazarları ilə yanaşı, gürcülər Çin, Polşa, İsrail, Almaniya, ABŞ kimi ölkələrin də bazarlarına çıxış imkanı əldə ediblər. Bu siyahıda Azərbaycanın da adı var. Keçən ilin yanvar-may ayları ilə müqayisədə bu il Gürcüstandan Azərbaycana ixrac olunan spirtli içkilərin miqdarı 2 dəfə artıb”, - deyə ekspert əlavə etdi.

Şamo, Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA