» » Sevdiyi qızın qohumu ilə edilən "ölüm zarafatı": "Qızı anası ilə birlikdə qaçıracağam"

Sevdiyi qızın qohumu ilə edilən "ölüm zarafatı": "Qızı anası ilə birlikdə qaçıracağam"

Loading...

Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirən şəxsin məhkəməsi başlayıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 22 yaşlı Sadıqov İbrahim Arzu oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində İbrahim Sadıqovu müqavilə ilə iki vəkilin müdafiə edəcəyi elan edilib. Amma İbrahim Sadıqov vəkillərinə etiraz edib. Amma bu etirazına heç bir səbəb göstərməyib.

Hakim isə bildirib ki, iki vəkillə də qohumları tərəfindən müqavilə bağlanıb və işə buraxılıb. Vəkillərə etiraza səbəb göstərmədiyi üçün məhkəmə onun tələbini qəbul etməyib.

Məhkəmə prosesinin davamında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, İ.Sadıqov sevdiyi qızın xalası oğlunu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub. Belə ki, İbrahim Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İttihama görə, İbrahim Sadıqov Günel Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona G.Əsgərovanın xalası oğlu İslam Hüseynov cavab verib.

İbrahim Sadıqov Günellə danışmaq istəsə də xalası oğlu buna icazə verməyib. Bu zaman İbrahim Sadıqov daha əvvəl tanıdığı İslam Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib.

İ.Sadıqovun bu zarafatı İslam Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman telefonda mübahisə etməyə başlayıblar. Daha sonra tərəflər bu mübahisəni "həll etmək" üçün görüşüblər. Bakıda Nərimanov rayonu ərazisindəki görüşə İbrahim Sadıqov tək İslam Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İslam Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında onlar yenə də mübahisə ediblər və İbrahim Sadıqov üzərində gətirdiyi bıçaqla İslam Hüseynova çoxsaylı zərbələr endirib. 33 yaşlı İslam Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Elan olunan ittihamla özünü təqsirli bilən İbrahim Sadıqov məhkəməyə narazılığını da bildirib: "Orda bəzi ifadələr düzgün yazılmayıb. Mən bundan narazıyam. Amma bu cinayəti törətdiyimi etiraf edirəm".

Məhkəmədə İbrahim Sadıqovun vəkilləri cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyiblər. Növbəti məhləmə prosesi iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin fevralın 15-də baş verib. İbrahim Sadıqov Cinayət Məcəlləsinin 120.2.2 (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə təqsirli bilinir./musavat.com/

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA