» » “Otun qiyməti 2,5 dəfə bahalaşıb” - EKSPERT

“Otun qiyməti 2,5 dəfə bahalaşıb” - EKSPERT

Loading...

“Otun qiymətinin kəskin bahalaşması bu sahədə daha ciddi problemlərin olacağından xəbər verir”

“Hakimiyyətin düşünülməmiş siyasəti ölkə iqtisadiyatına çox ciddi, sarsıdıcı zərbələr vurur. Belə ki, son zamanlar təbii biçənək, örüş ərazilərinin və yem bitkiləri sahələrinin azaldılması hesabına pambıqçılığı, baramaçılığı, tütünçülüyü inkişaf etdirmək yolu seçmiş hakimiyyət nəinki bu sahələrdə irəlləyiş əldə edə bilmədi, əksinə, ölkənin ərzaq təhlükəsizliyinin təminatında çox əhəmiyyətli sahə olan heyvandarlığı çıxılmaz, kritik duruma saldı.

Hurriyyet.org xəbər verir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

“Heyvandarlıq məhsullarının istehsalının kəskin azalması ət, süd məhsullarının idxalının ciddi artımına səbəb olub”

“Son illərdə örüş, təbii biçənək sahələri 150 min hektardan çox azaldılıb. Bu da öz növbəsində heyvandarlıq məhsullarının istehsalının kəskin azalmasına və ət, süd məhsullarının idxalının ciddi artımına səbəb olub. Belə ki, 2013-cü ildə ölkəyə 15,1 milyon dollar dəyərində ət və ət məhsulları idxal olunurdursa, 2016-cı ildə bu göstərici 2,5 dəfə artaraq 38, 6 milyon dollar təşkil edib. Üç il əvvəl, 2013-cı ildə ölkəyə 64 milyon dollar dəyərində süd və süd məhsulları idxal olunduğu halda, keçən il bu rəqəm 93, 1 milyon dollara qədər artıb” - deyib ekspert.

“Yaranmış vəziyyətdən istehsalda və idxalda inhisarçı mövqe tutan oliqarx-məmurlar faydalanacaq”

Məhərrəmov onu da qeyd edib ki, Dövlət Gömrük Kömitəsinin məlumatına əsasən, bu ilin 5 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2 dəfə, kəsim üçün diri heyvan idxalı 45 faiz, süd 77 faiz, heyvan mənşəli məhsulların idxalı isə 2, 2 dəfə artıb: “Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, son günlər otun qiyməti 2,5 dəfə bahalaşıb. İndiki halda otun qiymətinin kəskin bahalaşması bu sahədə daha ciddi problemlərin olacağından xəbər verir. Yaxın günlərdə heyvandarlıq məhsullarının istehsal xərcinin kəskin artması istehsalın ciddi azalmasına və əldə olunan malın, məhsulun qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Bu isə o deməkdir ki, yaranmış vəziyyətdən bu məhsullar üzrə istehsalda və idxalda inhisarçı mövqe tutan oliqarx-məmurlar faydalanacaq”.

Şamo, Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA