» » Əmioğlu diplomatiyası - ƏLİNİ ÖPÜB TAXTINA ÇIXDI...

Əmioğlu diplomatiyası - ƏLİNİ ÖPÜB TAXTINA ÇIXDI...

Loading...

Səudiyyə Ərəbistanında saray çevrilişi! Kral Salman qardaşı oğlu olan vəliəhdi qovub yerinə oğlunu gətirdi

Hurriyyet.org xəbər verir ki, Kral Salman qardaşı oğlu Məhəmməd bin Nayıfın yerinə taxt-taca namizəd məqamına oğlu Məhəmməd bin Salmanı gətirib. İyearxiyada ikinci pilləyə yüksələn gənc şahzadə, Riyad iqtidarının iki ildə Yəməndə apardığı əməliyyatların başında durur. Analitiklər gənc şahzadənin iddialı siyasəti krallıq ailəsi içərisində gərginliklərə səbəb ola biləcəyini deyirlər.

Qətərə qarşı blokadanın başçısı olan Səudiyyə Ərəbistanında bu səhər sürpiz bir dəyişiklik baş verib.57 yaşındakı vəliəhd şahzadə Məhəmməd bin Nayif kreslosunu itirib, yerinə Kral Salmanın 31 yaşındakı oğlu Məhəmməd bin Salman gəlib.

Hal-hazırda Müdafiə Nazirliyini idarə edən yeni vəliəhd şahzadə Salmanın bir vəzifəsi də artıb, o, baş nazirin müavini olub. Beləliklə, şahzadə Salman iearxiyanın ikinci şəxsinə çevrilib.

Yeni vəliəhd, şahzadə eyni zamanda Səudiyyə Ərəbistanının “Aramko” neft şirkətinin 2016-cı ildə qismən özəlləşdirilməsini və enerji qanunlarında bir sıra dəyişikliklər aparılmasını təklif eləmişdi.

Məhəmməd bin Salman

Bütün vəzifələrindən qovulub

Vəliəhd şahzadə adı əlindən alınan Nayif isə baş nazirlikdən və Daxili İşlər Nazirliyindən qovulub.

“Röyters” agentliyi, Nayifin yeni vəliəhd şahzadəyə biət elədiyini son dəqiqə xəbəri olaraq yayıb. Yerli mətbuatda yayılan fotolarda isə, Bin Salmanın yerinə keçdiyi Nayifin əlini öpdüyü görünür.

Güc toqquşmaları baş verə bilər

ABŞ-la yaxın əlaqələri olduğu məlum olan bin Salman, Kralın da oğludur. “Assoşieyted Press” agentlyinə müsahibə verən analitiklərə görə, yeni vəliəhd şahzadənin gənc yaşda olması, krallığın qarşıdakı onilliklərdəki siyasətini müəyyənləşdirilməsində mühüm rol oynaya bilər.

Lakin, analitiklər, bununa yanaşı, bin Salmanın iddialı siyasətlərinin krallıq ailəsi içərisində bir sıra gərginliklərə səbəb ola biləcəyini də güman edirlər.

Taxta gedən yoldakı dəyişiklik, Krallıq divanı qərarnaməsində də bəyan edilib. Kralın verdiyi fərmanla, Konsititusiyanın kralın necə seçiləcəyini bildirən 50-ci maddəsinə dəyişiklik edilib. “Kral, qurucu lider Əbdüləziz bin Əbdürrəhman bin Səudun oğulları tərəfindən seçilir” hökmü dəyişdirilərək, “Ölkəni idarə edəcək şəxs, qurucu lider Əbdüləziz bin Əbdürrəhman bin Səudun oğulları və nəvələri arasından seçilir” formasını alıb.

Hazırkı kral, 81 yaşlı Salman, 10 ildir kral olan Abdullah bin Əbdüləziz əl-Səud öldükdən sonra, 2015-ci ildə taxta çıxmışdı.

Yaxın Şərqdəki ən böyük rəqibi İran ilə düşmən olan Səudiyyə Ərəbistanı həm Yəməndə, həm də Qətərdə Tehran iqtidarı ilə qarşı-qarşıya gəlib. Səudilər və İranın dəstəklədiyi Husilər bir neçə ildir ki, Yəməndə müharibə edilər.

Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA