» » İraqda növbəti savaş kürdlərlə şiələr arasında olacaq

İraqda növbəti savaş kürdlərlə şiələr arasında olacaq

Loading...

Kürdlərin İŞİD-dən azad olunan bölgələri ələ keçirməsi Bağdadı qəzəbləndirir, “Həşdi Şabi” peşmərgənin ələ keçirdiyi torpaqlardan çıxmasını tələb edib

Hurriyyet.org bildirir ki, İraq və Suriyada İŞİD-in məğlub olması kürd məsələsini yenidən gündəmə gətirib. Doğrudur, hazırda İŞİD-lə müharibə davam edir, ancaq artıq kürd mövzusunda narahatedici xəbərlər gəlməkdədir. Artıq 3 il əvvəlkindən fərqli olaraq regionu İŞİD deyil, “kürd dövləti” təhlükəsi təhdid edir.

Britaniyanın “The Guardian” qəzeti yazır ki, İŞİD-lə müharibənin davam etdiyi müddətdə regional, etnik və məzhəb qarşıdurmaları sanki unudulsa da, indi İŞİD-in işğal etdiyi ərazilər azad edildikcə köhnə gərginliklər bərpa oluna bilər. BBC-nin yaydığı məqalədə deyilir ki, belə problemlərdən biri, xüsusilə də indi son dərəcə kəskinləşəcək. Məsələ ondadır ki, 2014-cü ildə İŞİD Mosulu ələ keçirəndə Ərbilin də eyni taleyi yaşamaması üçün kürd regional hökuməti və kürd qüvvələri Mosulun şərqindəki Ninəva yaylasının böyük ərazilərini ələ keçirdilər. Halbuki bu ərazilər ərəblər və kürdlər arasında mübahisəli torpaqlar sayılırdı. Eyni şey Kərkükdə də baş verdi.

Qəzet yazır ki, post-Səddam konstitusiyasına görə bu ərazilərin taleyi referendumla müəyyən edilməliydi, referendum isə daim ləngidilib. Amma indi bu ərazilərdə keyfiyyətcə yeni vəziyyət yaranıb. 2014-cü ilədək mübahisəli ərazilərə ərəblər nəzarət edirdilər, indi isə bu əraziləri kürdlər tutublar.

Həm neftli bölgələr, həm də kürdlərin sentyabrda müstəqillik referendumu təşəbbüsü bölgədə gərginliyi artırıb. Məsələ ondadır ki, mərkəzi Bağdad hökuməti ilə yanaşı qonşu İran və Türkiyə də kürdlərin müstəqil dövlət yaratmasına isti yanaşmır. Baxmayaraq ki, son illərdə Bərzani administrasiyasının həm İran, həm də Türkiyə ilə isti münasibətləri olub. İŞİD Mosulu işğal edib Ərbilə doğru yönələndə ilk dəstək məhz İrandan gəlmişdi. Ankara isə Bərzaniyə hərbi-siyasi dəstək verməklə müdafiə edib. Ancaq kürdlərin müstəqillik əldə etməsi İraq daxilində ciddi problemlər. etn8ik münaqişələr yaratmaqla yanaşı, eyni zamanda Türkiyə və İran kimi ölkələrdə kürd separatizmini alovlandıra bilər. Hazırda Ankara və Tehranı qorxudan məhz bu faktordur.

Ancaq indi Bərzani görünür ki, həm yerli şərtləri nəzərə alıb, həm də xaricdən ciddi dəstək almaqla müstəqillik referendumu keçirməyə çalışır. Sentyabrın 25-də keçirilən referendumun nəticəsinin necə olacağını indidən demək çətindir, çünki ikinci əsas kürd siyasi qüvvəsi olan Talabani qrupu Bərzaninin addımlarını dəstəkləmir. Ancaq istənilən halda referendum və ondan sonrakı dönəmdə Bağdad və Ərbilin qarşı-qarşıya gəlməsi qaçılmaz olacaq.

Məsələ ondadır ki, 2014-cü ildə İŞİD Mosulu işğal etdikdən sonrakı 3 il ərzində müxtəlif vaxtlarda kürd peşmərgə qüvvələri İraqın şimalında geniş əraziləri ələ keçirib. Bu torpaqlara Kərkük kimi türkmən əraziləri də daxildir. Hələlik kürd administrasiyasının bu torpaqlarla bağlı mövqeyi bəlli deyil, bir qədər əvvəl kürdlər nəzarət etdikləri bölgələrdə dərin xəndəklər qazıblar və bunu terror hücumuna qarşı etdiklərini bildiriblər. ancaq Kürdüstan müstəqilliyini elan edərsə, bu zaman həmin ərazilərin kürdlərin nəzarətində qalması və dolayısı ilə yeni dövlətin sərhədləri daxilində düşməsi İraqda böyük gərginliyə səbəb ola bilər. Ötən gün İraqın ikinci ordusu, könüllü döyüşçülərdən ibarət “Həşdi Şabi” qüvvələrinin komandanı bildirib ki, peşmərgə İŞİD-dən təmizlənən bölgələrdən çıxamayacağı təqdirdə güc tətbiq edəcəklər.Yəni dolayısı ilə yeni müharibə ilə hədələyib.

Kürd peşmərgələrinin ən çox ehtiyat etdiyi də məhz “Həşdi Şabi” qüvvələridir. Çünki könüllü qüvvələr əsas hərbi güclərdən hesab olunur, ümumi sayı 300 min nəfərə yaxın olsa da. Aktiv gücü 135 min nəfər civarındadır. İraq hökuməti beynəlxalq təzyiqlərin artmasından sonra “Həşdi Şabi”ni qoruyub saxlamaq üçün parlamentdən bu qüvvələrə İraqın ikinci rəsmi hərbi qüvvələri statusu aldı. Hazırda könüllü qüvvələr rəsmi statusa malikdirlər və dövlətdən maaş alırlar. Mosul əməliyyatında Türkiyə və digər xarici ölkələrin tələbi ilə “Həşdi Şabi” birbaşa döyüş əməliyyatlarına qatılmasa da, ətraf ərazilərin mühasirəsini həyata keçirdi. Ehtimal olunur ki, Heydər Abadi könüllü birləşmələri məhz kürdlər üçün qoruyub saxlayıb. Çünki İraqın rəsmi ordusu ilə kürd qüvvələrinin savaşı çətin ola bilər, eyni zamanda ordu və parlament bu əməliyyata isti yanaşa bilməz. Ancaq könüllülər bu əməliyyat üçün daha uyğundur. Eyni zamanda din xadimlərinə daha çox bağlı olan bu qüvvələrin kürdlərə qarşı savaşması çətinlik törətməyəcək.

Bu mənada sentyabra qədər Bərzani referendum qərarı və muxtariyyətin sərhədlərindən kənardakı əraziləri boşaltmasa növbəti savaş kürdlərlə şiələr arasında ola bilər. /musavat.com/

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA