» » Yatmazdan qabaq yeməyin! - AĞLINIZA GƏLMƏYƏCƏK ZİYANI VAR...

Yatmazdan qabaq yeməyin! - AĞLINIZA GƏLMƏYƏCƏK ZİYANI VAR...

Loading...

Axşam saatlarında yeyilən yeməklər yuxuya çox böyük təsir göstərir. Uzman dietoloqların fikrincə, həzmi çətin olan bir çox yeməklər var ki, onları yatmaqdan qabaq qətiyyən yemək olmaz.

Qırmızı ət: əgər axşam yeməyiniz saat 8-dən sonraya qalıbsa, o zaman qırmızı ət yeməkdən şəkinməlisiz. Qırmızı ət gec həzm olunan qida olduğundan o, siz yatdığınız zaman da bağırsağınızda qalacaq və normal  yuxuya mane olacaq.

Bitter şokolad: Günün hər saatında ləzzətlə yeyilən bu şokoladı kim gecə də yemək istəməz ki? Amma gecə narahat yuxu yaradan ərzaqlardan biri də məhz budur. İnsana enerji verən və yuxunu qaçıran kofein bu şirniyyatda olduqca boldur.

Kofein üzündən insanın ürək ritmi artır ki, bu da yuxunun qaçmasına gətirib çıxarır.

Sarımsaq: Axşam yeməyində, yaxud gecə yuxusundan qabaq onu da yeməyin. Sarımsağın yuxu qaşırmasının əsas səbəbi mədə turşuluğunun artmasıdır.

Dənli bitkilər- yatmazdan qabaq yeyilməsi məsləhət görünməyən ərzaqlardan biri də düyü, buğda, yulaf, qargıdalı kimi dənli bitkilərdir ki, onlar da qanda şəkəri artırır. Bu üzdən də onu yatmaqdan qabaq yemək yuxunu “qaçaq salmaq”dır.

Baton şirniyyatlar. Bura küncütlü, qoz-fındıqlı qablaşdırılmış  şirniyyatlatların çoxu daxildir.  Gün ərzində şirniyyat tələbatımızı ödəməkçün sevərək yediyimiz bu çirniyyatlar da yuxumuzun düşmənidir.

Araşdırmalara görə, baton konfet yeyib yatan 10 nəfərdən 7-si yuxusunu qarışdırıb və kabus görüb. Gece yuxudan qabaq qanda şəkərin artması buna səbəb yaradıb.

Altunay, Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA