» » "Uber" erməni əsilli rəhbəri ilə bağlı Azərbaycan hökumətilə dialoq aparmaq istəyir

"Uber" erməni əsilli rəhbəri ilə bağlı Azərbaycan hökumətilə dialoq aparmaq istəyir

Loading...

""Uber" Azərbaycanda sürətli artım nümayiş etdirir. İnanırıq ki, bu tərəfdaşlıq regionda biznesin gələcək sabit inkişafının təmin olunmasına yardım edəcək. Bu da istifadəçilər, sürücülər və meqapolisin maraqlarına uyğundur. Biz şəhərin infrastrukturunun səmərəli inkişafına gələcəkdə də kömək etmək üçün Azərbaycan hökuməti ilə konstruktiv dialoq aparmağın tərəfdarıyıq".

Hurriyyet.org xəbər verir ki, bunu  report-a "Uber"dən şirkətin rəhbərliyinə erməni əsilli şəxsin gətirilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyiblər. 

Qeyd edək ki, "Yandeks" və "Uber"in taksi xidmətlərinin birləşdiriləcəyi və fəaliyyəti Azərbaycan da daxil olmaqla bir neçə MDB ölkəsini əhatə edəcək yeni qurumun rəhbərliyinə erməni əsilli Tiqran Xudaverdiyanın gətiriləcəyi bildirilir. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə "Report"a bildirib ki, Azərbaycanın bütün vətəndaşları və təşkilatları üçün ən vacib olan ölkənin siyasi maraqlarıdır: "Bu səbəbdən iki taksi şirkətinin birləşdirilməsindən sonra, yeni yaranacaq şirkətə Ermənistan vətəndaşı və yaxud erməni əsilli şəxs rəhbərlik edəcəksə, sürücülərə bu şirkətlərlə işləmək icazəsi verən xüsusi nişanların verilməsi dayandırılacaq və onlara çağırış ediləcək ki, həmin qurumla əlaqələri kəssinlər". 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA