» » İcra başçısının qardaşı 1-ci qrup əlildən rüşvət tələb edir - ŞİKAYƏT

İcra başçısının qardaşı 1-ci qrup əlildən rüşvət tələb edir - ŞİKAYƏT

Loading...
İcra başçısının qardaşı 1-ci qrup əlildən rüşvət tələb edir - ŞİKAYƏT“Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qardaşı Mühakim Ağayev burada “öz arşını ilə bez ölçür””

Ucar rayon sakini, Ş.İ.Xətai küçəsi ev 70-də yaşayan 2-ci qrup əlil albinizm xəstəsi Ələkbərov Ələkbər Muxtar oğlu tərəfindən Hurriyyet.org saytının redaksiyasına şikayət məktubu daxil olub.
Müəllif deyir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qardaşı, 36 saylı Tibbi Ekspert Komissiyasının sədri Mühakim Ağayev 2-ci qrup əlilliyinin 1-ci qrup edilməsi üçün ondan rüşvət istəyir:
“Hansı ki, mən anadan olandan albinizm xəstəsiyəm, uzun illərdi 2-ci qrup əliləm, hazırda 65 yaşım var. Gözlərim demək olar ki, tamam görmür. Albinizim xəstələri anadan olandan əlil hesab edilirlər. Sevindim ki, əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı komissiyadan yoxlamadan keçəcəm və obyektiv qərar veriləcək. Ancaq 36 saylı TSEK-in sədri Mühakim Ağayev burada “öz arşını ilə bez ölçür”. Buna da mənim maddi imkanım yoxdur ki, ona istədiyi rüşvəti verim, haqqıma nail ola bilim.
Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı komissiyanın yoxlamasından keçdim, onlar şəxsən dedilər ki, bu adama 1-ci qrup əlillik dərəcəsi təyin edilməlidir. Sonra 36 saylı TSEK-in sədri qardaşım Məhəmmədi çağırıb dedi ki, onlar görüntü xatirinə bunu edirlər, amma əslində pul verilməlidir, həmin pul da onlara çatacaq.
Mənim isə heç bir imkanım yoxdur. Mühakim Ağayev bura təyin ediləndən əsl xəstələrin günü qara olub. Sağlam adamlar pul verib əlillik təyin etdirə bilirlər, mənim kimi əsl xəstələr maddi imkansızlıqdan əlillik dərəcəsi ala bilmirlər.
Burada xəstələri Mühakim Ağayev süründürməçiliyə məruz qoyub, narazılıq yaradıb. Mən bu barədə Prezident İlham Əliyevə, Mehriban xanıma, Səhiyyə naziri Oktay Şirəliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova şikayət ərizələri ilə müraciət etmişəm. İnanıram ki, şikayətimi araşdırıb, qanunu tədbir görəcəklər.
Xahiş edirəm, haqqıma sahib olmaq üçün mənə köməklik edin”.
İcra başçısının qardaşı 1-ci qrup əlildən rüşvət tələb edir - ŞİKAYƏT
Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA