» » “Heydər Əsədov aqrar sahəni məhv edib” - Vahid MƏHƏRRƏMOV

“Heydər Əsədov aqrar sahəni məhv edib” - Vahid MƏHƏRRƏMOV

Loading...

“Ət idxalı 2,2 dəfə, süd idxalı 57 faiz, kərə yağı idxalı 28 faiz artıb”

“Kənd təsərrüfatı naziri Heydər Əsədov hesab edir ki, onu haqsız tənqid edirlər və tənqiddən sonra onun əl-qolu yanına düşür”.

Hurriyyet.org xəbər verir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

“Azərbaycan əhalisinin ərzaq təminatını təhlükəli həddə salıb, tənqid olunmaq da istəmir”

Məhərrəmov qeyd edib ki, H. Əsədov kənd təsərrüfatı naziri təyin edildikdən sonra ərzaq məhsulları idxalı artıb, ixrac isə azalıb: “Son üç ildə yeyinti məhsulları idxalı 122 milyon dollar dəyərində, yəni 24 faiz artaraq, 2017-ci ilin altı ayı ərzində 624 milyon dollar təşkil edib. Eyni müddət ərzində ərzaq malları ixracında azalma isə 81 milyon dollar təşkil edib. Bu ilin yeddi ayı ərzində isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2,2 dəfə, süd idxalı 57 faiz, kərə yağı idxalı 28 faiz artıb. Ölkənin ərzaq buğdasına, çaya, şəkərə, bitki yağlarına olan təlabatı tam idxal məhsulları hesabına ödənilir. Adam aqrar sahəni məhv edib, Azərbaycan əhalisinin ərzaq təminatını təhlükəli həddə salıb, tənqid olunmaq da istəmir”.

Şamo, Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA