» » “İran Suriyada uzunmənzilli raket zavodu tikir” - İSRAİLDƏN ŞOK İDDİA

“İran Suriyada uzunmənzilli raket zavodu tikir” - İSRAİLDƏN ŞOK İDDİA

Loading...

Hurriyyet.org xəbər verir ki, İsrail mediasında İranın Suriyanın şimal-qərbində uzunmənzilli raket istehsalı etmək üçün zavod tikdiyi iddia olunu. Zavodun peykdən görüntüləri yayılıb.

İsrail mediası Yaxın Şərqdə qarışıqlıq yarada biləcək iddianı gündəmə gətirib. İsrailin “Kanal 2” televiziyasında yayınlanan xəbərdə İranın Suriyanın Ağdəniz sahilində yerləşən Banyas qəsəbəsində uzunmənzilli raket istehsal eləmək üçün müəssisə qurduğu bildirilib. İsrailə məxsus peykdən alınan və Banyasa məxsus olduğu iddia edilən fotoşəkillərin verildiyi xəbərdə, istehsal ediləcək raketlərin bu fotolardakı müəssisələrin bəzilərində gizlədilməsinin bəlli olduğu iddia edilib.

Xəbərdə həm də İranın paytaxtı Tehranın yaxınlarından çəkildiyi iddia edilən peyk fotoşəkillərində görünən müəssisələr müqayisə edilərək aralarında böyük bir oxşarlıq olduğu iddia edilib. İsrail hökuməti “İranın Suriyadakı təsirinin artmasının onlar üçün qırmızı xətt” olduğunu bildirir. Baş nazir Binyamin Netanyahu ötən ay verdiyi açıqlamada demişdi: “İran və vəkillərinə ümumiyyətlə Suriyada, xüsusilə də Suriyanın cənubunda hərbi varlıq yaratmaq imkanı verilməməlidir”.

İsrailin sərhədlərindən xaricdə baş verən hadisələri izləməyə və bu qırmızı cizgiləri qorumağa davam edəcəyini qeyd edən Netanyahu bu qırmızı cizgilərin “Hizbullah, ya da İran qüvvələrinin Suriyada qüvvətlənməsinin, xüsusilə də güclü silahlar əldə eləməsinin qarşısını almaq”, “bu qüvvələrin İsrail sərhədi yaxınlığındakı meydanda olmasına maneə olmaq” və “İranın ümumiyyətlə, Suriya ərazisində hərbi varlıq qurmasını əngəlləmək”dən ibarət olduğunu deyib.

Hurriyyet.org

  

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA