» » Tanınmış aşığın adı TORPAQ QALMAQALINDA - Sakinləri məhkəməyə verdi

Tanınmış aşığın adı TORPAQ QALMAQALINDA - Sakinləri məhkəməyə verdi

Loading...

Aşıq Ulduzun adı Binəqədi rayon sakinləri ilə torpaq qalmaqalında hallanır.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, mediada yayılan məlumata görə, Binəqədi rayonu S.S. Axundov 3 a ünvanında yaşayan vətəndaşlar 30 ildən çoxdur istirahət üçün istifadə etdikləri yaşıllıq ərazinin Aşıq Ulduz tərəfindən zəbt edildiyini bildiriblər.

Sakinlərin sözlərinə 30 ildən çoxdur ki, həmin sahə boş bir ərazi olduğunudan orda ağaclar əkərək yaşıllıq zonası salıblar. İllərlədi ki,bu kiçik ərazini də istirahət yeri kimi istifadə edirlər. Sakinlər deyir ki, ərazi Ulduz Quliyeva tərəfindən hasara alınaraq bağlanıbmış. Lakin onlar tikinti işçilərinə mane olaraq bu hasaralınmanın qarşısını alıblar. İndi isə Ulduz Quliyeva bina sakinlərini məhkəməyə verib. Onların sözlərinə görə, aşığın oğlu Fuad Quliyev sakinləri hədələyir.

Məsələ ilə bağlı Aşıq Ulduzun vəkili Tahir Əlirzayevlə əlaqə saxladıq. O, məsələyə belə aydınlıq gətirdi:

“Avqustun 17-də Quliyeva Ulduz Əsgər qızının cavabdehlər Əliyev İsmayıl Nurulla oğlu və onun üç nəfər ailə üzvünə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib. Bir ailə U.Quliyevanın qanunla nəzərdə tutulmuş qaydada əldə etdiyi və mülkiyyət hüququ olan torpaq sahəsini qeyri-qanuni yolla ələ keçirmək istəyir. 1.5 sot torpaq sahəsi olan ərazi Binəqədi bələdiyyəsinin qərarı ilə qeyri-yaşayış sahəsinin tikintisi üçün ayrılıb. Həmin torpaq sahəsi ilə şikayətçilərin mənzili arasında bir maşın yolu keçir. Ulduz xanımın mülkiyyətində olan torpaq sahəsi istirahət yeri deyil. Hər tərəf ağaclar və kolluqdur. Kolluğun içində nə istirahət edirlər? Stolu, stulu, skamyası, hovuzu yoxdur. Burada hansı istirahətdən söz gedə bilər? Kolluq olan bu sahəni zəbt etmək istəyirlər. U.Quliyevanın əlində sənədləri var. Binəqədi bələdiyyəsi qanunla nəzərdə tutulmuş qaydada qərar verib, onun əsasında çıxarış alınıb. Həmin qeyri-yaşayış sahəsində tikiləcək obyektin layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunub. Binəqədi rayon İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyətinə tikintiyə etiraz etmədikləri barədə sənəd göndərib. Bundan artıq hansı sənədlər olmalıdır? Məhkəmədə bütün qonşulara sual verdim ki, sizin hazırkı mülklə bağlı hansı hüququnuz var. Onlar qeyd etdi ki, “heç bir hüququmuz yoxdur. Çox qəribə insanlarla rastlaşmışıq. Ağacların kəsilməsi məsələsinə gəldikdə isə belə bir hal baş verməyib. Əksinə, Ulduz xanım sözügedən ərazidə yeni ağaclar əkəcək”.

T.Əlirzayev daha sonra U.Quliyevadan şikayətçi olan ailənin özlərinin qanun pozuntsuna yol verdiyini açıqlayıb:

“Ə.İsmayıl S.S.Axundov 3a ünvanının ətrafını birinci mərtəbədə yaşadığı üçün qeyri-qanuni olaraq hasarlayıb. Əgər hər şeyi qanunla tənzimləmək istəyirlərsə, o zaman birinci oradan başlamaq lazımdır”.

Qeyd edək ki, növbəti məhkəmə iclası avqustun 28-də gerçəkləşəcək.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA