» » "Məni 4 saat polis şöbəsində saxladılar, dedim ki, əlil adamam, otura bilmirəm" - CƏLİLABADDAN ŞİKAYƏT

"Məni 4 saat polis şöbəsində saxladılar, dedim ki, əlil adamam, otura bilmirəm" - CƏLİLABADDAN ŞİKAYƏT

Loading...

Əlillik dərəcəsinin qanunsuz şəkildə kəsildiyini bildirərək mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət edən Cəlilabad rayon sakini Nuriyev Faba Azizoviç oğlu Cəlilabad Rayon Polis Şöbəsinə  aparılıb.

Bu haqda Hurriyyet.org-a müraciət edən Faba Nuriyev mətbuat nümayəndələrindən dəstək istəyib:

Hörmətli media nümayəndələri!

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının 1-ci vitze-prezidenti Mehriban xanım Əliyevaya video müraciət etmişdim. Bu video müraciətdən sonra Cəlilabad rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə Cəlilabad Rayon Polis Şöbəsinin 4 nəfər əməkdaşı bizim evə gələrərək,  yataq xəstəsi olduğum halda məni maşına mindirib polis şöbəsinə apardılar. Polis şöbəsində telefonumu əlimdən alaraq içində olan videoları pozdular.
Məni 4 saat polis şöbəsində saxladılar.  Mən dəfələrlə polislərə dedim ki, əlil adamam, otura bilmirəm. Adı Mehman olan polis əməkdaşı mənə dedi ki, rəsi müavini Əjdər müəllim gələnə qədər gözləməlisən. Polis rəisinin Əjdər adlı müavini gələn kimi məni küçə söyüşləri ilə təhqir edərək,  prezidentə müraciət etdiyim üçün hədə – qorxu gəlməyə başladı.  Bütün bu təzyiqlərdən sonra ayağım qıc olaraq keyməyə başladı. Mən dəfələrlə onlara yalvararaq heç olmasa anamın ayaqlarımı ovuşdurmasına icazə vermələrini xahiş etsəm də, heç kim mənim yalvarışlarıma məhəl qoymadı. Ayaqlarımın ağrısından səsimi bəlkə də yoldan keçənlər də eşidirdi. Anamın yalvarışlarından sonra, rəis müavini ƏLəjdər müəllim dedi ki, gözləyək görək icra başçısı nə deyəcək…

Bir müddət keçdikdən sonra həkim çağırdılar. Gələn həkim dedi ki, bu adam yataq xəstəsidir bunu bura niyə gətirmisiniz? Bundan sonra məni polis bölməsindən xəstəxanaya apardılar. Polis bölməsində mənimlə elə davranırdılar ki, sanki mən prezidentə müraciət etməklə terror etmişəm.

Hörmətli media nümayəndələri! 

Sizdən xahiş edirəm ki, mənim başıma gətirilən bu zülmü ictimailəşdirərək, aidiyyəti qrumların diqqətinə çatdırılmasına yardımçı olun.

Hurriyyet.org

P.S. Müəllif illərdir ayrı-ayrı məmurlar tərəfindən hüquqlarının kobud surətdə pozulduğunu qeyd edərək, saytımız vasitəsilə prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevadan dəstək istəyir. Onun video-müraciətini

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA