» » Pula görə atasını öldürüb, anasını yaralayanın məhkəməsi başladı

Pula görə atasını öldürüb, anasını yaralayanın məhkəməsi başladı

Loading...

Bakıda borc üstündə atasını öldürməkdə, anasını isə yaralamaqda təqsirləndirilən Emin Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hurriyyet.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış avqustun 30-a təyin edilib.

İttihama görə, hadisı Xətai rayonun Əbilov küçəsi ev 18/12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Emin Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

Həmin zaman Emin Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Yasəmən Sadıqova xəstəxanaya yerləşdirilib.

Emin Sadıqov 6 ay əvvəl həbsdən çıxıb. Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istəyib. Atası ilə mübahisənin də bu səbəbdən baş verib.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA