» » Putin və Sarkisyan Qarabağı müzakirə edəcək

Putin və Sarkisyan Qarabağı müzakirə edəcək

Loading...
Putin və Sarkisyan Qarabağı müzakirə edəcək
Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Qarışıq bir regionla qonşu olmaq bizə və qonşularımıza sabitlik vəd etmir. Görüşdə həmçinin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və digər mühüm mövzular müzakirə olunacaq”,-deyə Preskov bildirib.
Ermənistan prezidenti Serj Sarkisyanın bu gün Vladimir Putinlə görüşəcəyi gözlənilir. Məlumata görə, Moskva Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu artan silahlı toqquşmalardan ciddi narahatdır.
Sarkisyan 2015-ci ilin sentyabr ayında Moskvaya səfər edib. Rusiya prezidenti Vladimir Putin Sarkisyanı Moskva yaxınlığındakı Novo-Oqaryovo iqamətgahında qəbul etmişdi. Həmin səfər zamanı qazın qiymətində endirimlərin edilməsi, Azərbaycan və Ermənistan cəbhə xəttində atəşkəsin pozulması, Ermənistana 200 milyon kreditin verilməsi, Ermənistanda atom stansiyasının modernləşdirilməsi məsələləri Sarkisyan və Putin arasında əsas müzakirə mövzusu olmuşdu.скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA