» » ADPU-da təkrar ali təhsilalanlarla görüş keçirilib

ADPU-da təkrar ali təhsilalanlarla görüş keçirilib

Loading...
Oktyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-2018-ci tədris ilində universitetə qəbul olunmuş təkrar ali təhsilalanlarla görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev iştirak ediblər.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindənHurriyyet.org-a verilən məlumata görə, görüşü giriş sözü ilə açan rektor Cəfər Cəfərov təkrar ali təhsilalanları yeni tədris ilinin başlanması və 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək uğurlar arzulayıb. Bildirib ki, Təhsil Nazirliyinin təkrar ali təhsillə bağlı 2 avqust 2017-ci il tarixli məktubunun icrası ilə əlaqədar “Azərbaycan müəllimi” qəzetində müvafiq elan dərc edilib. Bu il ADPU-ya 15 ixtisas -“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “İnformatika müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Məktəqədər təlim və tərbiyə”, “Korreksiyaedici təlim”, “Təhsildə sosial-psixoloji xidmət”, “Kimya müəllimliyi”, “Biologiya müəllimliyi”, “Kimya və biologiya müəllimliyi”, “Fizika müəllimliyi” ixtisasları üzrə ümumilikdə 130 nəfər təkrar ali təhsilə cəlb olunub.
ADPU ali pedaqoji təhsilin öncülü hesab edilir. Hazırda  ölkəmizdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının ADPU-nun strukturuna çevrilməsi nəticəsində ADPU pedaqoji kadr hazırlığı ilə məşğul olan unikal ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir. Tədris 4 binada aparılır. ADPU-nun 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) ADPU-nun nəzdində fəaliyyət göstərir. ADPU-da təxminən 20 minədək tələbə təhsil alır. Bu il 259 nəfər abituriyent 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6% -ni təşkil edir. 21 nəfər 500-dən çox bal toplayaraq ADPU-nun filiallarına qəbul olunub. Ümumilikdə ADPU-ya filiallarla birlikdə  təxminən 300 nəfər 500-dən çox bal toplayaraq qəbul olunub. Universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, insan resurslarının təkmilləşdirilməsi, peşəkar kadr hazırlığının yüksək səviyyəyə qaldırılması, idarəetmənin optimallaşdırılması üçün ciddi islahatlar həyata keçirilir.
Rektor qeyd edib ki, siz müqəddəs, eyni zamanda məsuliyyətli müəllim peşəsini seçmisiniz. Malik olduğunuz bilik və bacarıqları ADPU-da daha da təkmilləşdirərək məktəblərdə gənc nəslin təlim-tərbiyəsi sahəsində çalışacaqsınız. Gənc nəslin yetişdirilməsi isə böyük və şərəfli vəzifədir. Biz sizə keyfiyyətli təhsil verməyi özümüzün başlıca vəzifəmiz hesab edirik. Siz ölkəmiz üçün yüksək səviyyəli pedaqoji kadrlar kimi yetişməlisiniz.  
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov çıxş edərək tədris prosesinin təşkili barədə məlumat verib, təhsilin keyfiyyətinin yüksəldilməsini və nizam-intizamın vacibliyini vurğulayaraq təkrar ali təhsilalanlara uğurlar arzulayıb.
Təkrar ali təhsilalanlar çıxış edərək qəbulun şəffaf və obyektiv keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər. Sonda təkrar ali təhsilalanların müxtəlif sualları cavablandırılıb.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA