» » Bakıda universitetlərdə terror planlaşdıran şəxsə HÖKM OXUNDU

Bakıda universitetlərdə terror planlaşdıran şəxsə HÖKM OXUNDU

Loading...

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hurriyyet.org xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə görə, o 11 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror F. Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, "Əbdülxaliq" dini ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.
Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar.
Dəstə üzvləri DTX-nın keçirdiyi əməliyyat zamanı öldürülüb, F. Sadıqov isə sonradan həbs edilib. O, Cinayət Məcəlləsinin 218.1 (cinayətkar birliyin üzvü olma), 214 (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA