» » “Riyad”ın sahə rəisi Nizamidəki torpağı saxta sənədlərlə zəbt edib – SURAXANI RAYONUNUN ƏRAZİSİ KİMİ!

“Riyad”ın sahə rəisi Nizamidəki torpağı saxta sənədlərlə zəbt edib – SURAXANI RAYONUNUN ƏRAZİSİ KİMİ!

Loading...

Azərbaycanda “Riyad” Mühafizə Xidmətinin adının bir sıra qalmaqallı olaylarda yer aldığı çoxlarına bəllidir. Üstəlik, müəyyən səbəblərdən hər dəfə bu şirkətin özünü sudan quru çıxardığı da sirr deyil. Lakin bu dəfə açıqlayacağımız faktlar “Riyad”ın məsul işçilərinin qanunsuz əməllərini tam çılpaqlığı ilə ortaya qoyur. Doğrudur, bu qanunsuzluğu birbaşa şirkətin rəhbərliyinə şamil etmək də doğru olmaz. Əksinə, "Riyad" Mühafizə Xidmətinin Baş İdarə rəisi Etibar Qasımovun xeyriyyə əməlləri haqda da da az-çox məlumatımız var. Amma çox təəssüflə qeyd edirik ki, bu gün “Riyad” Mühafizə Xidmətinin əlaqələrinin genişliyindən istifadə edən bəzi əməkdaşları öz şəxsi maraqları naminə şirkətin nüfuzuna böyük zərbə vururlar...

Bu haqda redaksiyamıza daxil olan sənədlər əsasında danışacağıq. Hansı ki, bu sənədlərin hər biri bizə “Riyad” Mühafizə Xidmətinin məsul əməkdaşının qanunsuzluğundan zərər çəkən vətəndaş tərəfindən təqdim olunub.  Sözsüz ki, “sənədlər” dedikdə, burada saxtalaşdırılmış və heç bir hüquqi əsası olmayan kağız parçalarından söhbət gedir. Lakin ən dəhşətlisi odur ki, mühafizə xidmətinin Suraxanı rayonu üzrə sahə rəisi olduğu bildirilən Mamed adlı şəxs həmin “sənədlər” əsasında vətəndaşın geniş torpaq sahəsini zəbt edib. Üstəlik, bu ərazi Nizami rayonunun balansında olsa da, o, sözügedən torpaq sahəsinə Suraxanı rayonundan “sənəd” düzəltdirib. Sonra isə hasarın içərisində və dəmir darvazası olan ərazini qorumaq üçün “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarını cəlb edib. Belə ki, Mamed müəllim mühafiz xidmətinin əmədaşları üçün darvazanın önünə butka da qoyduraraq, boş torpaq sahəsini gecə-gündüz mühafizə etdirir.

O da maraqlıdır ki, qeyd etdiyimiz kimi, torpaq sahəsi Nizami rayonunun balansında olsa da, Mamed müəllim hansısa yollarla Suraxanı rayon işıq idarəsi ilə “anlaşaraq”, sənədsiz torpaq sahəsinə sayğac da qoydurub.  

Qeyd edək ki, müvafiq dövlət idarələri tərəfindən torpağın əsl sahibinə sözgüdən ərazinin Nizami rayonunun balansında olduğu haqda sənəd təqdim olunsa da, “Riyad” Mühafizə Xidmətinin əməkdaşları onu öz sahəsinə yaxın belə buraxmırlar. Bununla yanaşı, onu həmin ərazidəki ağacları kəsməkdə ittiham edirlər. Halbuki zərərçəkənin əlində ona məxsus torpaq shəsindəki ağacların kimlər tərəfindən kəsildiyi haqda video-görüntülər var...

Yeri gəlmişkən, “Riyad” Mühafizə Xidmətinin sahə rəisi həmin ərazinin ona aid olduğunu inkar edir. Suraxanı rayonunun müvafiq idarələri tərəfindən verilən saxta sənədlərdə də guya bu ərazinin Kərimova Rəna Müştəba qızının adına olduğu qeyd olunur. Bu baxımdan Mamed müəllim iddia edir ki, həmin ərazini sözügedən vətəndaşla “Riyad” Mühafizə Xidməti arasında bağlanmış müqavilə əsasında mühafizə edirlər. Bu zaman isə ortaya belə bir sual çıxır: həqiqətən də həmin ərazi qanuni sənədlər əsasında Rəna Kərimovaya məxsusdursa, o, boş torpaq sahəsinin mühafizə olunması üçün “Riyad” Mühafizə Xidmətinə nə üçün külli miqdarda pul ödəməlidir? Bir halda ki, torpaq sahəsi hasarın içərisindədir və dəmir darvaza da qoyulub, bu ərazinin mühafizəsinə nə ehtiyac var? Ən maraqlısı isə odur ki, vətəndaş Kərimova Rəna Müştəba qızı ilə “Riyad” arasında bağlanmış saxta müqavilə sənədində mühafizə xidməti Suraxanı rayonu, Qaraçuxur qəsəbəsini qorumağı öz üzərinə götürüb. Yəni torpaq sahəsinin ünvanı göstərilmir. Bu isə bir daha müqavilənin saxta olduğunu göstərir... 

Təbii ki, burda heç bir qanuni sənəddən söhbət gedə bilməz. Ən azı ona görə ki, Bakının xəritəsində bu ərazinin Nizami rayonuna aid olduğunu təkcə zərərçəkən vətəndaşa verilən rəsmi sənədlər sübut etmir, bunu hər kəs mobil telefon vasitəsilə də aydın görə bilər. Belə olduğu halda isə aydın olur ki, Mamed müəllim heç də həqiqəti söyləmir.

Amma “Riyad” Mühafizə Xidmətinin sahə rəisinin nə deməsindən asılı olmayaraq, redaksiyamızın apardığı araşdırma bir çox həqiqətləri göz önünə sərir. Bütün bunlar haqda oxucularımıza sabah ətraflı məlumat verəcəyik. Bu zaman həmin ərazini zəbt etmək istəyən şəxsin kimliyinə və bu sahənin konkret olaraq kimin göstərişi ilə mühafizə edildiyinə aydınlıq gətirəcəyik.

Hurriyyet.org  

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA