» » “RİYAD” Mühafizə Xidmətinin əməkdaşları vətəndaşın avtomobilini oğurladı – ŞİRKƏTİN RƏHBƏRİ ETİBAR QASIMOVUN MENYÜSÜNƏ...

“RİYAD” Mühafizə Xidmətinin əməkdaşları vətəndaşın avtomobilini oğurladı – ŞİRKƏTİN RƏHBƏRİ ETİBAR QASIMOVUN MENYÜSÜNƏ...

Loading...

Bir neçə gün əvvəl Hurriyyet.org-da dərc olunan ““Riyad” Mühafizə Xidmətini reketçiliyə kimlər və hansı pullar sövq edir?” sərlövhəli yazıda sözügedən şirkətin Suraxanı rayon şöbəsinin Mamed adlı rəisin (soyadını dəqiqləşdirə bilmədik – red.) başqa bir vətəndaşa məxsus torpaq sahəsini zəbt etdiyini yazdmışdıq. Qeyd etmişdik ki, o, R. Kərimova adlı vətəndaşın adına çıxarılan saxta sənədlər əsasında həmin torpağın qanunsuz olaraq mühafizəsini təşkil etməkdədir.

“Əslində, Nizami rayonunun balansında olan torpaq sənəddə Suraxanı rayonu ərazisi kimi göstərilib ki, bu da ciddi saxtakarlıqdır. Eyni zamanda sənəddə olan saxta məqamlardan biri də torpağın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə aid olmasıdır ki, burada toprağın konkret Qaraçuxur qəsəbəsinin hansı küçəsində yerləşdiyi belə göstərilmir. Belə bir saxta sənədlə torpağı ələ keçirən R.Kərimova isə “Riyad” Mühafizə Xidməti ilə “müqavilə” bağlayıb, həmin sahənin mühafizəsini təşkil etdirir... – deyə yazıda vurğulanırdı.

Onu da bildirmişdik ki, saxta sənədi olan bu torpağa hətta işıq çəkilib, ərazini sayğacla təmin edən işıq idarəsi saxtakarlığa göz yumub. Hətta saytımızda “Riyad” Mühafizə Xidmətinin rəhbəri Etibar Qasımovun köməkçisi Nicat Axundovun mövqeyini də dərc etmişdik. Belə ki, o, əməkdaşımızla söhbətində R. Kərimova adlı vətəndaşın adına çıxarılan sənədlərin saxta olduğunu və sözügedən ərazinin məhz saxta müqavilə əsasında mühafizə edildiyini dolayısı ilə təsdiq etmişdi.

“Yaxın vaxtlarda məhkəmə olacaq. Məhkəmənin qərarından sonra bizim əməkdaşlar ya oranı tərk edəcək, ya da orada qalacaq, ərazini mühafizə edəcək. Sadəcə o ərazi Mamed müəllimin nəzarətindədir” – deyən N.Axundov “Riyad” Mühafizə Xidməti əməkdaşlarının ərazini mühafizə etdiyini bildirmişdi.

Maraqlıdır ki, dünən redaksiyamızla əlaqə saxlayan “Riyad” Mühafizə Xidmətinin rəhbəri Etibar Qasımov köməkçisinin dediklərini inkar edib, həmin ərazinin rəhbərlik etdiyi qurumun əməkdaşları tərəfindən qorunmadığını bildirib. Onun sözlərinə görə, həmin ərazi heç bir vaxt “Riyad” əməkdaşları tərəfindən mühafizə edilməyib, hazırda da oranı qoruyan şəxslərin rəhbərlik etdiyi şirkətə aidiyyatı yoxdur.

Lakin əldə etdiyimiz faktlar hörmətli E.Qasımovun ya məqsədli olaraq yalan danışdığını, ya da tabeçiliyində olan şəxslərin ona yanlış məlumat verdiyini deməyə əsas verir. Bəli, ötən günlərdən fərqli olaraq, başqasına məxsus torpaq sahəsini mühafizə edən şəxslər  “Riyad” Mühafizə Xidmətinin formasını geymirlər. Amma onlar geyimlərini dəyişməklə bu şirkətin əməkdaşları olduqlarını gizlətməyə çalışsalar da, görünür, ilk gündən istifadə etdikləri 99-KV-694 nömrəli “NİVA” avtomobilini yeniləmək imkanları olmayıb. Digər tərəfdən, redaksiyamıza təqdim olunan fotolar və video-görüntülər də ərazini hazırda mülki geyimdə mühafizə edənlərin bir neçə gün əvvələdək  “Riyad”ın formasında olan şəxslər olduğunu təsdiq edir. Bu isə bir daha Mühafizə Xidmətinin rəhbəri Etibar Qasımovun məlumatının doğru olmadığını ortaya qoyur...

Ən maraqlısı isə odur ki, “Riyad” Mühafizə Xidməti əməkdaşlarının başqasına aid ərazini saxta müqavilə əsasında qorumalarına, daha doğrusu zəbt etmələrinə baxmayaraq, onların dünən torpaq sahəsinin əsl sahibinə məxsus “MERCEDES-600” markalı avtomobili də oğurladığı iddia olunur.  Bu haqda redaksiyamıza məlumat verən zərərçəkən şəxs deyir ki, onun avtomobilinin oğurlanmasında “Riyad” Mühafizə Xidmətinin Suraxanı rayon şöbəsinin rəis müavini olan Elgizin (soyadını dəqiqləşdirə bilmədik – red.) rolu var. O, bu haqda artıq polisə müraciət olunduğunu və hazırda oğurlanan avtomobilinin axtarıldığını bildirdi.

Hurriyyet.org

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

 

 

 

 

  

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA