» » “RİYAD”ın oğurlatdığı avtomobil hardadır? – BU OĞURLUQDA POLİSİN DƏ ƏLİNİN OLDUĞU AŞKARLANDI

“RİYAD”ın oğurlatdığı avtomobil hardadır? – BU OĞURLUQDA POLİSİN DƏ ƏLİNİN OLDUĞU AŞKARLANDI

Loading...

Bir neçə gün əvvəl Hurriyyet.org saytında ““RİYAD” Mühafizə Xidmətinin əməkdaşları vətəndaşın avtomobilini oğurladı”  sərlövhəli yazı dərc etmişdik. Bundan öncə isə ““Riyad” Mühafizə Xidmətini reketçiliyə kimlər və hansı pullar sövq edir?”  sərlövhəli yazıda sözügedən şirkətin Suraxanı rayon şöbəsinin Mamed adlı rəisinin (Məmmədağa Ağahüseyn oğlu Əliyev – red.) başqa bir vətəndaşa məxsus torpaq sahəsini zəbt etdiyini yazmışdıq. Qeyd etmişdik ki, o, R. Kərimova adlı vətəndaşın adına çıxarılan saxta sənədlər əsasında həmin torpağın qanunsuz olaraq mühafizəsini təşkil etməkdədir.

Bu yazıdan sonra redaksiyamızla əlaqə saxlayan “Riyad” Mühafizə Xidmətinin rəhbəri Etibar Qasımov həmin ərazinin rəhbərlik etdiyi qurumun əməkdaşları tərəfindən qorunmadığını bildirib. Onun sözlərinə görə, həmin ərazi heç bir vaxt “Riyad” əməkdaşları tərəfindən mühafizə edilməyib, hazırda da oranı qoruyan şəxslərin rəhbərlik etdiyi şirkətə aidiyyatı yoxdur.

Lakin Hurriyyet.org-a daxil olan faktlar E.Qasımovun ya məqsədli olaraq yalan danışdığını, ya da tabeçiliyində olan şəxslərin ona yanlış məlumat verdiyini deməyə əsas verir. Doğrudur, ötən günlərdən fərqli olaraq, başqasına məxsus torpaq sahəsini mühafizə edən şəxslər  “Riyad” Mühafizə Xidmətinin formasını geymirlər. Amma onlar geyimlərini dəyişməklə bu şirkətin əməkdaşları olduqlarını gizlətməyə çalışsalar da, görünür, ilk gündən istifadə etdikləri 99-KV-694 nömrəli “NİVA” avtomobilini yeniləmək imkanları olmayıb. Digər tərəfdən, redaksiyamıza təqdim olunan fotolar və video-görüntülər də ərazini hazırda mülki geyimdə mühafizə edənlərin bir neçə gün əvvələdək  “Riyad”ın formasında olan şəxslər olduğunu təsdiq edir. Bu isə bir daha Mühafizə Xidmətinin rəhbəri Etibar Qasımovun məlumatının doğru olmadığını ortaya qoyur...

Daha sonra isə məlumat vermişdik ki, “Riyad” Mühafizə Xidməti əməkdaşlarının başqasına aid ərazini saxta müqavilə əsasında qorumalarına, daha doğrusu zəbt etmələrinə baxmayaraq, onların dünən torpaq sahəsinin əsl sahibinə məxsus “MERCEDES-600” markalı avtomobili də oğurladığı iddia olunur.  Bu haqda redaksiyamıza məlumat verən zərərçəkən şəxs deyir ki, onun avtomobilinin oğurlanmasında “Riyad” Mühafizə Xidmətinin Suraxanı rayon şöbəsinin rəis müavini olan Elgizin (soyadını dəqiqləşdirə bilmədik – red.) rolu var. O, bu haqda artıq polisə müraciət olunduğunu və hazırda oğurlanan avtomobilinin axtarıldığını bildirdi.

Bu gün əldə etdiyimiz məlumata əsasən, “Riyad” Mühafizə Xidməti əməkdaşları tərəfindən oğurlanan avtomobil Suraxanı rayon Dövlət Yol Polisi şöbəsinin cərimə meydançasında aşkarlanıb. Maraqlıdır ki, şöbədən həmin avtomobilin ora necə gəldiyi haqda heç bir məlumat verilmir. Yəni vətəndaş avtomobilinin öz torpaq sahəsindən oğurlandığı haqda polisə müraciət etdiyindən, DYP əməkdaşları bu oğurluqda əllərinin olmadığını göstərmək üçün, guya, sözügedən maşının cərimə meydançasının necə və kim tərəfindən gətirilməsindən “xəbərsizdirlər”. Əslində isə, apardığımız araşdırma nəticəsində məlum olur ki, həmin avtomobil “Riyad” Mühafizə Xidmətinin Suraxanı rayon şöbəsinin rəis müavini olan Elgizin müraciəti əsasında DYP əməkdaşları tərəfindən oğurlanıb. Bəli, buna başqa ad vermək mümkün deyil. Çünki vətəndaşın özünə məxsus torpaq sahəsində saxladığı avtomobilin sonradan “naməlum şəraitdə” polisin cərimə meydançasında aşkarlanması heç də qanuni bir proses deyil. Belə görünür ki, bu avtomobil Suraxanı DYP-si əməkdaşlarına “Riyad” Mühafizə Xidmətindən daxil olan zəng əsasında ərazidən aparılıb, yəni oğurlanıb.

Bu və digər məsələlərlə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə çalışacağıq.

Hurriyyet.org

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA