» » Əbdül də şəhiddir!

Əbdül də şəhiddir! - ELDAR SABIROĞLUNUN YAZISI

Loading...
Əbdül də şəhiddir!Əbdülün ölümü məni çox sarsıtdı. O, vətən qazisi idi, şəhidlik zirvəsini də qət etdi. Mən onu bü cür də qəbul edirəm. Düşmənə qarşı ağır döyüşlərdə əsl qəhrəmanlıq göstərərək adını ölümündən əvvəl tarixə həkk etdirmişdi. Müqəddəs döyüşdə aldığı ağır yara 25 il onunla bərabər oldu. Amma o, yenə də vətən, torpaq sevdalısı olaraq sınmadan həyatını davam edərək vüqarını uca tutdu. Belə atadan da Rasim kimi oğul yetişə bilərdi.
Yataq xəstəsi olmasına baxmayaraq, Əbdül vətənə məhəbbətini bir an belə unutmadı. Ömrünün sonlarına yaxın oğlu Rasimin torpaq uğrunda canını fəda etməsi onu daha da qürurlandırdı. O, bu itkini dərd kimi özünə yaxın buraxmadı. Əlil arabasında gəzişən Əbdül Rasimin şəhadətə qovuşduğu gün hərbi libasa büründü. Bu, ata-balanın düşmən üzərində qələbəsini göstərən və həyacansız seyr edilməsi mümkün olmayan təkrarsız mənzərə idi. Eşitdim ki, yeri cənnət-məkan olan Əbdül oğlunun şəhidlik zirvəsinə yetişməsini göz yaşı ilə yox, fəxarətlə qarşılayıb. Belə qəhrəman ata və igid oğlu olan vətən torpağı tapdaq altında qala bilməz. Onlar axirət dünyasında da öz müqəddəs ruhları ilə düşmənə qarşı duracaqlar! Əbdül yəqin ki, indi çox rahatdır. Canı qədər istədiyi qəhrəman oğlu Rasimə qovuşmuşdur. Hər ikisinin də yeri cənnət -məkandır.
Mən Əbdülün ailəsinə, qardaşı Sərdar, Qurban və Süleymana dərin hüznlə baş sağlığı verir və dərdlərinə şərik olduğumu ifadə edirəm. Allah rəhmət etsin.
Eldar Sabiroğlu,
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri

Əbdül də şəhiddir!
Əbdül də şəhiddir!
скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA