» » "AĞBİRÇƏK VAXTIMDA MƏNİ TƏHQİR EDİBLƏR" - Ailə üzvlərinə edilən zülmdən cana gəlmiş ana İlham Əliyevə və Mehriban xanıma açıq məktub yazdı

"AĞBİRÇƏK VAXTIMDA MƏNİ TƏHQİR EDİBLƏR" - Ailə üzvlərinə edilən zülmdən cana gəlmiş ana İlham Əliyevə və Mehriban xanıma açıq məktub yazdı

Loading...

Polisin və “Riyad” Mühafizə Xidməti əməkdaşlarının qanunsuz əmələrindən Prezidentə şikayət

“Müstəntiq Anar Məmmədovun tapşırığı ilə “Riyad” Mühafizə İdarəsinin əməkdaşlarını bizim həyətimizə yerləşdiriblər”

Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, ev 84, mənzil 4-də yaşayan Tağıyeva Natiqə Rüstəm qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Məktubda yaşlı bir ananın Suraxanı rayon Polis İdarəsi və “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarından şikayətləri yer alıb. Belə ki, hüquq mühafizə orqanları Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumalı olduğu halda, əskinə, məktubda polisin, eləcə də “Riyad” Mühafizə Xidməti əməkdaşlarının özbaşnalığı bir ananı, vətəndaşı dilə gətirdiyi aydın görünür. Bu səbəbdən də, illərdir həm özünə, həm də ailə üzvlərinə edilən zülmdən cana gəlmiş ana - Natiqə Tağıyeva prezident İlham Əliyevə müraciət etmək məcburiyyətində qalıb.

Şikayətçi Natiqə Tağıyevə prezident İlham Əliyevə müraciətində yazır:

“Cənab Prezident!

Sizə müraciət etməyimin səbəbi diqqətinizi Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin və “Riyad” Mühafizə İdarəsinin bəzi vəzifəli şəxslərinin mənə, ailə üzvlərimə və bizə məxsus əmlakımıza qarşı törətdikləri qanunsuz, özbaşına əməllərinə yönəltmək və müdafiə olunmaq üçün Sizdən kömək istəməkdir.

Bildirirəm ki, 2000-ci ildən Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085 saylı ünvanda (“Azərsutikinti” xəstəxanasının yanı) yerləşən ərazidə 14 sot torpaq sahəsi istifadəmizdə olmuşdur. Bizim ailə həmin ildən torpaq sahəsini abadlaşdıraraq hasar çəkmiş və 2003-cü ildən də həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişik. Lakin həyat yoldaşım 2005-ci ildə vəfat etdiyi üçün biz yaşayış evinin tikintisini tam başa çatdıra bilmədik. Ancaq bu günə kimi həmin torpaq sahəsindən istifadə edir, əkib-becəririk.

2000-ci ildə istifadə etdiyimiz torpaq sahəsi Nizami rayon bələdiyyəsi tərəfindən vergiyə cəlb edilmiş, həmin vaxtdan da biz Nizami bələdiyyəsinin “Kapital Bank” ASC-də olan hesabına vergi ödəyirik. Lakin 2013-cü ildən Suraxanı rayon Polis İdarəsinin və 32-ci Polis Bölməsinin əməkdaşları, 32-ci Polis Bölməsinin rəis müavini Müşviq Qubadov və Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Anar Məmmədovun tapşırığı ilə ağbirçək vaxtımda məni və ailə üzvlərimi, hətta hamilə olan gəlinimi dəfələrlə polis maşınına basaraq bölməyə aparmış, bizə hədə-qorxu gələrək zor tətbiq etmişlər. Onların məqsədi 17 ildir istifadəmizdə olan, Suraxanı rayonuna heç bir aidiyyatı olmayan torpaq sahəsini ələ keçirmək olmuşdur. Polis İdarəsində bizə Nizami bələdiyyəsinin “Kapital Bank”da olan hesabına pul ödəməməyimizi, onlarla danışıb razılaşmağmızı bildirirdilər. Anar Məmmədov və onun arxasında duran şəxslər, o cümlədən Suraxanı rayon Pİ-nin İstintaq Şöbəsinin rəisi Pərviz müəllim, respublikanın hakimiyyət orqanında işləyən, yüksək vəzifəli şəxsin qohumu Cəfərov Vüsal adlı şəxsin qanunsuz təsiri ilə hər dəfə saxta sənədlərlə bir iddialı ortaya çıxardaraq, bizi istifadə etdiyimiz torpaq sahəsindən çıxarmaq istəyirlər”.

 “Suraxanı PP-nin əməkdaşları bizim ailənin üzvlərinə zor tətbiq etməkdən çəkinmirlər”

N.Tağıyeva qeyd edib ki, onun ailəsini hər cür təzyiq vasitələri ilə öz torpağından çıxarda bilməyən Vüsal Cəfərov və onun Polis İdarəsində olan adamları 17 ildir istifadələrində olan torpaq sahəsindən çıxartmaq üçün yeni bir adam, Kərimov Natiq adlı şəxsi tapıblar: “Onun yoldaşının adına saxta sənəd düzəldərək Suraxanı rayon məhkəməsinə müraciət ediblər. Mübahisə ilə bağlı məhkəmə baxışı davam edə-edə, hər hansı məhkəmə qərarı olmadan Suraxanı Pİ-nin yuxarıda qeyd etdiyim əməkdaşları yenə də bizim ailənin üzvlərinə hədə-qorxu gəlməkdən, zor tətbiq etməkdən çəkinmirlər”.

“Polis işçiləri müstəntiq Anar Məmmədovun şəxsən iştirakı və başçılığı ilə min bir əziyyətlə tikdiyimiz evimizi viran etmişlər”

“Asayişi, vətəndaşların əmlakını, təhlükəsizliyini cinayətkar qəsdlərdən, qanunsuz hərəkətlərdən qorumaq bilavasitə vəzifələri olan polis işçiləri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Anar Məmmədovun şəxsən iştirakı və başçılığı ilə min bir əziyyətlə tikdiyimiz evin, həyətin hasarlarını söküb dağıtmış, viran etmişlər. Onların bu özbaşına, qanunsuz hərəkətləri nəticəsində dağıdılmış evimizin, hasarların əks olunduğu fotoşəkillər də bunu təsdiq edir”, - deyib şikayətçi.

“Mühafizəçilər tərbiyəsiz sözlərlə ağbirçək vaxtımda məni təhqir ediblər”

N.Tağıyeva onu da əlavə edib ki, bu yaxınlarda həmin şəxslər müstəntiq Anar Məmmədovun tapşırığı ilə “Riyad” Mühafizə İdarəsinin əməkdaşlarını heç bir qanuni əsas olmadan onların həyətinə yerləşdiriblər: “Onlara tapşırıq veriblər ki, bizim ailə üzvlərimizdən kim həyətə gəlsə, onları vurun, içəri qoymayın. Bir neçə dəfə həmin mühafizəçilər tərbiyəsiz sözlərlə ağbirçək vaxtımda məni təhqir ediblər və övladlarıma zor tətbiq etməkdən çəkinmirlər”.

“Mühafizəçilər mülki forma geyinib, öz qanunsuz əməllərini davam etdirirlər”

“Biz “Riyad” Mühafizə İdarəsinin rəisi Etibar Qasımov adlı şəxslə əlaqə saxlayıb, onun rəhbərlik etdiyi idarənin əməkdaşlarının bizə qarşı qanunsuz, özbaşına hərəkətlər yol verdiklərini bildirdikdə Etibar Qasımov dedi ki, bizim idarənin əməkdaşları orada yoxdur, kimsə varsa, gedib onları uzaqlaşdırın. Lakin biz gəlib Etibar müəllimin sözlərini mühafizəçilərə çatdırdıqda onlar bildirdilər ki, bizi bura “Riyad” Mühafizə Xidmətinin müavini hacı Mamed adlı şəxs göndərmişdir. Biz Mamed adlı şəxslə əlaqə saxladıqda isə o, bizə dedi ki, gəlin, müstəntiq Anar Məmmədovun yanına danışaq, bunu etməsəniz, mən mühafizəçiləri həyətdən çıxarmayacağam, gedin, hara istəyirsiniz şikayət edin, mən heç kimdən qorxmuram. Hacı Mamedin bu sözlərindən biz şikayət edəndən sonra həmin mühafizəçilər xüsusi mühafizəçi formalarını çıxarıb, mülki forma geyinib, öz qanunsuz əməllərini davam etdirirlər. Biz onların bu hərəkətlərinin qanunsuz olduğunu bildirəndə isə onlar deyirlər ki, biz hacı Mamedin mühafizəçiləriyik, o, nə vaxt desə, biz də onda buradan çıxacağıq”, - deyə şikayətçi əlavə edib.

“Avtomobili Nərimanov rayonunda yerləşən cərimə meydançasına aparıb atmışlar”

Tağıyevanın sözlərinə görə, “Riyad” Mühafizə Xidmətinin və Suraxanı rayon Polis İdarəsinin əməkdaşları qardaşı Cəfərov Nazimə məxsus olan “Mersedes” markalı avtomobili də həyətdən oğurlayıblar: “Bir neçə gün oğurlanmış avtomobili axtarandan sonra biz DİN-nin 102 xidmətindən öyrənmişik ki, avtomobili polis və mühafizəçilər qanunsuz olaraq Nərimanov rayonunda yerləşən cərimə meydançasına aparıb atmışlar”.

“17 ildir istifadəmizdə olan həyətimizi, tikdiyimiz evi əlimizdən almağa çalışırlar”

Tağıyeva məktubda daha sonra yazır: “Hörtmətli Prezident, hər hansı məhkəmə qərarı olmadan, qanunların tələblərini vecinə almayaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin və “Riyad” Mühafizə Xidmətinin əməkdaşları 17 ildir ki, bizim istifadəmizdə olan, min bir əziyyətlə tikdiyimiz, abadlaşdırdığımız həyəti, evi özbaşına, qanunsuz olaraq dağıdırlar, bizə qarşı qanunsuz hərəkətlərdən çəkinmirlər. Dəfələrlə həm Suraxanı rayon Polis İdarəsinə, həm də “ Riyad” Mühafizə Xidmətinin rəhbərliyinə müraciət edib, onlara öz qanunsuz hərəkətlərindən əl çəkməyi, bizim istifadəmizdə olan torpaq sahəsində qanunsuz fəaliyyət göstərən mühafizəçiləri çıxartmalarını xahiş və tələb etsək də həmin təşkilatlar qanunların, hüquqi dövlətin prinsiplərinə zidd olaraq heç bir tədbir görmürlər.

Suraxanı rayon Polis İdarəsinin, həmin idarənin 32-ci Polis Bölməsinin yuxarıda qeyd etdiyim vəzifəli şəxsləri “Riyad” Mühafizə İdarəsinin rəhbərləri birlikdə dövlət tərfindən onlara verilmiş səlahiyyətlərdən, hüquqlardan öz şəxsi mənafeləri üçün istifadə edərək bir Azərbaycan vətəndaşı kimi bizə qarşı qanunsuz hərəkətlərə yol verərək müxtəlif təzyiqlərlə, fiziki güc tətbiq etməklə 17 ildir istifadəmizdə olan həyətimizi, tikdiyimiz evi əlimizdən almağa çalışırlar. Əllərində gücü, səlahiyyəti olan bu qurumların vəzifəli şəxslərinin bizə qarşı qanunsuz hərəkətləri ilə artıq bacara bilmirik”.

“Bütün Azərbaycan vətəndaşları kimi biz də Sizin rəhbərlik etdiyiniz dövlətimizin himayəsinə sığınmışıq”

Tağyeva sonda qeyd edir: “Cənab Prezident, yeganə ümid yerimiz, pənahımız Siz, Sizin rəhbərlik etdiyiniz dövlətimizdir. Bütün Azərbaycan vətəndaşları kimi biz də Sizin rəhbərlik etdiyiniz dövlətimizin himayəsinə sığınmışıq. Siz həmişə Azərbaycan Respublikası vətəndaşlarının problemlərini nəzarətdə saxlayırsınız, onlara qayğınızı, diqqətinizi əsirgəmirsiniz. Hakimiyyət orqanlarında olan bəzi vəzifəli şəxslərin vətəndaşlara qarşı törətdikləri qanunsuzluqlar, özbaşınalıqlar Sizin prinsipial, qətiyyətli münasibətiniz, müdaxiləniz sayəsində öz həllini tapır.

Sizdən artıq dərəcədə xahiş edirik ki, bizim ailəyə qarşı qanunsuz, özbaşına hərəkətlərə yol verən Suraxanı rayon Polis İdarəsinin, həmin idarənin 32-ci Polis Bölməsinin və “Riyad” Mühafizə İdarəsinin vəzifəli şəxsləri barəsində hüquqi tədbir görülməsi, həmin vəzifəli şəxslərin bizim həyətimizdən istifadə etməyimizə yaratdıqları qanunsuz maneçiliklərin aradan qaldırılması, o cümlədən bizim həmin qurumlar tərəfindən yerləşdirilmiş mühafizəçilərin dərhal çıxarılması üçün müvafiq qurumlara göstəriş verəsiniz”.

Şamo EMİN

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA