» » İsmayıl Ömərov Gürcüstanda “Fəxri Vətəndaş” seçildi

İsmayıl Ömərov Gürcüstanda “Fəxri Vətəndaş” seçildi

Loading...

İctimai Televiziya və Radio Yayımları Şirkətinin qurucu-baş direktoru və iki dönəm rəhbəri olmuş İsmayıl Ömərov Gürcüstanda, Bolnisi şəhərində öz müstəsna xidmətlərinə və görkəmli töhvələrinə görə “Fəxri Vətəndaş” seçilmişdir. “Fəxri Vətəndaş” diplomu və medalı Bolnisi Bələdiyyə üzvlərinin səsverməsi sonrasında yekdilliklə seçilmiş İsmayıl Ömərova Bələdiyyə sədri tərəfindən təqdim edilib. Qaydalara görə, “Fəxri Vətəndaş” adı il ərzində bir dəfə keçirilən seçki nəticəsində müəyyənləşdirilərək, qalib gələn şəxsə təqdim oluna bilər.
Qeyd edək ki, İsmayıl Ömərov 1954-cü il fevralın 20-də Gürcüstan Respublikasının Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olmuşdur. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlamışdır. Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçmişdir. "Blokada", "Əsrin faciəsi", "Qanlı yanvar", "Qarabağ düyünü" və. s teleserialların müəllifi və aparıcısı olmuşdur. 90-cı illərdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin televersiyaların araşdırıcısıdır.
Bakı Sosial İdaretmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnmişdir.
2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olmuşdur.
2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilmişdir. Qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai Teleradionu yaratmışdır və qurucu - baş direktoru olduğu şirkətə iki dönəm rəhbərlik etmişdir.
Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.
"Qızıl qələm" və "Araz" mükafatlarının laureatıdır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.

Hurriyyet.org

 

 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA