» » Azərbaycanda yayılan sinir sistemi xəstəliklərinin ADLARI AÇIQLANDI

Azərbaycanda yayılan sinir sistemi xəstəliklərinin ADLARI AÇIQLANDI

Loading...

Azərbaycanda daha çox yayılan sinir sistemi xəstəliklərinin adları açıqlanıb.

Hurriyyet.org xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da geniş yayılan sinir sistemi xəstəlikləri sırasında ilk yeri damar xəstəlikləri tutur.

Bu sırada sonrakı yerləri neyrotravmatologiya sinir sisteminin travmatoloji və infeksiyon xəstəlikləri, daha sonra isə qıcolma tutmaları, preferik sinir sistemi, onurğa xəstəlikləri, eyni zamanda irsi xəstəliklər tutur.

R.Əliyev onu da əlavə edib ki, bu il Xəstəliklər üzrə Beynəlxalq Təsnifata insultla bağlı dəyişiklik edilib: "Qan dövranı sistemi xəstəlikləri qrupuna daxil olan insult 2018-ci ildən sinir sistemi xəstəlikləri qrupuna daxil olacaq. Bu, insulta olan diqqəti artıracaq və bu sahədə profilaktik tədbirlərin gücləndirilməsinə səbəb olacaq".

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxananın II sinir xəstəlikləri şöbəsinin müdiri Xanlar Həsənov isə bildirib ki, Azərbaycanda ötən illə müqayisədə insultla xəstələnmə 10-12 faiz artıb: "Artıq çəki, şəkərli diabet, arterial skleroz, müəyyən kardioloji patologiyalar, sağlam həyat tərzi keçirməmək insulta səbəb olur".

X.Həsənov deyib ki, beyinə qan sızması ilə nəticələnən insultların əksər faizi ölümlə nəticələnir: "İnsult bütün ölkələrdə ən çox rast gəlinən xəstəliklərdən biridir. Amma profilaktik tədbirlər görülsə, belə xəstələrin sayını azaltmaq olar. Profilaktika nəticəsində insultun risk faktorları müəyyən edilir və müvafiq müalicə tədbirləri aparılır ki, bu da xəstələrin sayının azalmasına öz təsirini göstərir"./trend/

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA