» » Sarkisyan Putinin hüzuruna niyə gedir? – Qorxunc səfər, yaxud ÖLÜM HÖKMÜ

Sarkisyan Putinin hüzuruna niyə gedir? – Qorxunc səfər, yaxud ÖLÜM HÖKMÜ

Loading...

Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-16-da Rusiyaya işgüzar səfər edəcək. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib ki, Sarkisyan həmin tarixdə Moskvada keçiriləcək erməni mədəniyyət günlərində iştirak edəcək. Lakin bu səfər zamanı Ermənistan prezidentinin Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib-edilməyəcəyi dəqiq deyil.
Hurriyyet.org
publika.az-a istinadla xəbər verir ki, Ermənistan mediası Sarkisyanın Moskva ziyarətini “ölüm səfəri” adlandırıb.
Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Sarkisyan Moskvada olacağı vaxt Putin tərəfindən qəbul edilməyəcəksə, bu, onun üçün böyük zərbə olacaq: “Bu şəraitdə Sarkisyan üçün Moskva səfəri “siyasi ölüm hökmüdür”. Bu baxımdan, Sarkisyanın Moskvada Putin tərəfindən qəbul ediləcəyi ehtimalı böyükdür. Çünki, noyabrın 24-də Sarkisyan Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Avropa İttifaqı-Ermənistan sənədlərinin imzalanması məqsədilə Brüsselə yola düşəcək. Güman ki, o, Moskvada Brüssel səfəri ilə bağlı son müzakirələri aparacaq. Hərçənd, Avropa İttifaqı ilə sazişim imzalanması şübhə altındadır”.
Erməni şərhçi bildirir ki, Sarkisyan Avropa İttifaqı ilə saziş imzalanması məsələsindən “öz qiymətini artırmaq” məqsədilə istifadə edir.
“Bu, onun öz oyunudur. Lakin buna rəğmən, Sarkisyan arxa planda – Moskvada təhlükəsizliklə bağlı zəmanət almalıdır. Lakin Brüsselə səfər ərəfəsində böyük sürprizlər də ola bilər. Ermənistan prezidentinin Moskvaya səfəri də məhz bu sürprizlərin qarşısını almaq məqsədi daşıyır”, - deyə Amatuni bildirib.
“Lragir” saytı isə Sarkisyanın Moskva səfərini qorxunc adlandırıb.
“Sarkisyan Moskvaya təkcə mədəniyyət günlərində iştirak üçün getmir. Güman ki, siyasi məsələlər müzakirə olunacaq. Lakin bu müzakirələrin Ermənistan üçün qorxunc qərarların verilməsi ilə nəticələnə biləcəyi də gözləniləndir. Bu, 2013-cü ilin 3 sentyabr səfəri ilə müqayisə olunur. Həmin səfərdən sonra Ermənistan Avropa İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan imtina etdi və Avrasiya İqtisadi İttifaqına daxil oldu. İndi də əsas sual budur: Sarkisyan Moskva səfərindən sonra Avropa İttifaqı ilə sazişi imzalamaqdan imtina edəcəkmi? İndi top nə İrəvanda, nə də Brüsseldə deyil, Moskvadadır”, - deyə sayt qeyd edir.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA