» » Sevdiyi qızın xalası oğlunu zarafat üstündə öldürənə 19 il cəza istənildi

Sevdiyi qızın xalası oğlunu zarafat üstündə öldürənə 19 il cəza istənildi

Loading...

Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirən şəxsin məhkəməsi davam edib.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 22 yaşlı Sadıqov İbrahim Arzu oğlunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı İbrahim Sadıqovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi prokurorun çıxışı ilə razı olduğunu deyib. Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.

İttihama görə, İ.Sadıqov sevdiyi qızın xalası oğlunu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub. Belə ki, İbrahim Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İttihama görə, İbrahim Sadıqov Günel Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona G.Əsgərovanın xalası oğlu İslam Hüseynov cavab verib.

İbrahim Sadıqov Günellə danışmaq istəsə də, xalası oğlu buna icazə verməyib. Bu zaman İbrahim Sadıqov daha əvvəl tanıdığı İslam Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib.

İ.Sadıqovun bu zarafatı İslam Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman telefonda mübahisə etməyə başlayıblar. Daha sonra tərəflər bu mübahisəni "həll etmək" üçün görüşüblər. Bakıda Nərimanov rayonu ərazisində təyin olunan görüşə İbrahim Sadıqov tək, İslam Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İslam Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında onlar yenə də mübahisə ediblər və İbrahim Sadıqov üzərində gətirdiyi bıçaqla İslam Hüseynova çoxsaylı zərbələr endirib. 33 yaşlı İslam Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ötən ilin fevralın 15-də baş verib. İbrahim Sadıqov Cinayət Məcəlləsinin 120.2.2 (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə təqsirli bilinir./musavat.com/

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA