» » Siyasi partiyalar bir araya gələcək - ADP DANIŞIQLAR APARIR

Siyasi partiyalar bir araya gələcək - ADP DANIŞIQLAR APARIR

Loading...

“Tək prezident seçkilərini deyil, ölkənin ümumi vəziyyətini ətraflı müzakirə etməliyik”.

Hurriyyet.org xəbər verir ki, Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında müxalif siyasi qüvvələrin rəhbərləri arasında məsləhətləşmələrin başladığını deyib.

ADP sədrinin sözlərinə görə, yaradılması nəzərdə tutulan məşvərətçi qurumda siyasi partiyalarla yanaşı, nüfuzlu ictimai qurumların təmsilçiliyi də nəzərdə tutulub. Cəlaloğlu qeyd edib ki, indiki ərəfədə müxalifət partiyaları arasında geniştərkibli müzakirələrin təşkilinə ciddi ehtiyac var: “Həm də bu müzakirələr tək prezident seçkilərini əhatə etməməlidir. Azərbaycanın daxilində və regionda gedən proseslər müxalifətin baş verənlərə münasibətini ortaya qoymasını zəruri edir. Bu çərçivədə təbii ki, qarşıdan gələn prezident seçkiləri də xüsusi yer tutur. Müxalifət partiyaları bu məsələni müzakirə etməli, seçkilərə vahid namizədlə, yoxsa koordinasiyalı fəaliyyət əsasında 5-6 namizədlə qatılması məsələsini qətiləşdirməlidir.

Qeyd edim ki, artıq bu müzakirələrin təşkili istiqamətində şəxsən mənim də iştirakımla bəzi partiya sədrləri ilə görüşlərimiz olub. Məqsəd müxalifət partiyalarının məşvərətçi qurumunun yaradılmasıdır. Görüşdüyümüz partiya rəhbərləri – məsələn, VİP sədri Əli Əliyev, AMİP lideri Etibar Məmmədov, Ümid partiyasının sədri İqbal Ağazadə – bu təşəbbüsə müsbət yanaşıblar və formatda iştiraka razılıq veriblər. Məsləhətləşmələr davam edir və prosesin yekununda hansı partiyanın bir araya gəlmək istəmədiyi də məlum olacaq.Nəzərdə tutulan formatda partiyalarla yanaşı, ictimai təşkilatların da təmsil olunması məqsədəuyğun sayılıb”.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA