» » "Putinin 5 rayonla bağlı 3 şərti var" - POLİTOLOQDAN SENSASİON İDDİA

"Putinin 5 rayonla bağlı 3 şərti var" - POLİTOLOQDAN SENSASİON İDDİA

Loading...

Vladimir Putinin Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var.

Hurriyyet.org xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu feysbuk sosial hesabında qeyd edib.

Politoloq qısaca olaraq şərtləri açıqlayıb və bu barədə geniş təhlil hazırladığını qeyd edib.

Hurriyyet.org politoloqun sözügedən statusunu təqdim edir:

"İnandığım etibarlı qaynaqdan əldə etdiyim məlumata görə Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var.

Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır.

İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır.

Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.

Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Başqa məlumatlar da var.

“Atlas” Araşdırmalar Mərkəzi geniş təhlil hazırlayır."

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA