» » Azərbaycan narı Amerikaya da aparılır - Nar festivalından REPORTAJ

Azərbaycan narı Amerikaya da aparılır - Nar festivalından REPORTAJ

Loading...

Festivallar daxili və beynəlxalq turizmin inkişafına təkan verir. Hurriyyet.org bildirir ki, belə festivallardan biri də Göyçayda hər il ənənəvi olaraq keçirilən Nar bayramıdır. Dünən 12-ci Nar festivalı keçirilib və tədbir bu gün də davam edir.
Festival Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilib. Şəhərin mərkəzində tədbirin rəsmi hissəsi bitəndən sonra aqronom alim, Göyçay rayonu Bitki mühafizə mərkəzinin rəisi Nazir Əhmədovla həmsöhbət olduq. O söhbət zamanı modern.az-a bildirib ki, Nar bayramı 2006-cı ildən keçirilir və 3 ildir ki, beynəlxalq səviyyəli status alıb: "Gördüyünüz kimi xarici ölkələrin səfirləri, ətraf rayonun icra başçıları və bir çox hökumət adamları festivalda iştirak edirlər. Nar bayramı ənənəvi olaraq hər il noyabrın ilk cümə və ya şənbə günlərinə təsadüf edir. Burada məktəblərin müəllim və şagidrlərinin, müxtəlif rayonlardan dəvət olunan şəxslərin nardan hazırladıqları cürbəcür məhsullarını görə bilərsiniz. Builki festival keçən ildən fərqli olaraq iki gün davam edir".
Müsahib qeyd edib ki, Göyçayda istehsal olunan nar müxtəlif ölkələrə ixrac olunur: "Azərbaycanda ən çox "Gülövşə" nar məşhurdur və bu növ narların şahıdır. Bundan əlavə, “Balamürsəl", "Vələs", "Bığır" və bu kimi nar sortları mövcuddur. Təkcə Göyçayda 21 növ nar yetişir. Keçən il 40 min tondan çox nar yığılıb. Hazırda nar yığımı davam edir. Məhsulun ötən ilə nisbətən daha çox, yəni 40-50 min ton olacağı gözlənilir. Göyçayda 400 ağacdan ibarət bir hektar nar bağından 15-20 ton məhsul əldə etmək mümkündür. Bir ağac orta hesabla 40-50 kq bar verir. Hazırda Göyçayda nar bağları 3000 hektara yaxındır. Göyçay narı Almaniya, Fransa, İngiltərə, hətta Amerikaya da ixrac olunur. Avropa ölkələrinə meyvə halında ixrac olunsa da, ABŞ-a şirə halında göndərilir".
Builki festivalda kifayət qədər insan iştirak edir. Bu baxımdan bir qədər qarışıqlıq olsa da, imkan edib bir-bir stendlərə baxdıq. Festivalda Göyçayın müxtəlif məktəbləri, o cümlədən şagird və müəllimləri təmsil olunub. Onlardan biri də Göyçay rayonu 3 saylı məktəbdir. Şagirdlər olduqca şən əhval ruhiyyədəydilər.
Texnologiya müəllimi Elşad Nəbiyev bildirib ki, artıq 12 ildir məktəb bu festivalda təmsil olunur: "Məktəbin stendində nardan hazırlanmış müxtəlif məhsulların əksəriyyəti şagirdlər tərəfindən hazırlanıb. Eyni zamanda, müəllimlərdə bu prosesdə canfəşanlıqla iştirak edir. Təqdim olunan əl işlərini müəyyən məbləğ qarşısında almaq mümkündür".
Göyçay rayonu 5 saylı bağçanın müəllimi Zəminə Quliyeva da hər il keçirilən festivalda iştirak edir. O qeyd edib ki, festival hər il daha maraqlı keçir.
Festivalda həmçinin nar və ya başqa formalı keramik işlər də mövcud idi. Keramist Mahirə Xəlilova söhbət zamanı bildirib ki, festivalda iştirak etmək üçün bura dəvət edilib. O, "Nargis Porcelain" şirkətinin rəhbəri və eyni zamanda təmsilçisidir: "Bizə az vaxt vermişdilər, ona görə tam hazırlıqlı gələ bilmədik. Amma gördüyünüz kimi, narla bağlı əl işlərimizi gətirmişik. Şirkətimizdə 20-yə yaxın əməkdaşımız çalışır və əl işləri onlara məxsusdur. Qiymətlər 2-100 manat arasında dəyişir. Amma bura xırda əl işləri gətirmişik".
Stendləri izləyərkən əli qabarlı, mis qabla işləyən usta da diqqətimizi cəlb etdi. Yaxınlaşıb söhbət edərkən məlum oldu ki, Nəzər Əliyev Nar festivalında iştirak etmək üçün İsmayıllının Lahıc qəsəbəsindən dəvət olunub. O, artıq 40 ildən çoxdur ki, misgərliklə məşğul olur. Söhbət zamanı bildirdi ki, bu sənət ailə yadigarıdır və Lahıcda emalatxanası var.
Müsahibimizin sözlərinə görə, yerli əhali aşsüzən, su qabları kimi əşyalara üstünlük versə də, turistlər həcmcə balaca misgərlik nümunələri alırlar. Nar festivalı üçün əsasən dekorativ əl işləri gətirən usta qeyd etdi ki, artıq bir neçə dəfə bu festivalda Lahıcı təmsil edib. O bildirdi ki, festivalda təqdim etdiyi işlərin qiyməti 30-1200 manat arasında dəyişir. Qiymətin baha olmasının səbəbi isə ciddi əmək və vaxt sərfidir.
Xülasə, Nar festivalı qarışıq, səs-küylü, bir o qədər də maraqlı keçir. Festival bu gün yekunlaşacaq.

       

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA