» » "FACEBOOK"un BİLMƏDİYİMİZ DƏHŞƏTLİ GERÇƏKLƏRİ

"FACEBOOK"un BİLMƏDİYİMİZ DƏHŞƏTLİ GERÇƏKLƏRİ

Loading...

Hər gün istifadə etdiyimiz “Facebook”un bilmədiyimiz, yaxud da diqqətə almadığımız bir çox qorxunc gerçəkləri var.

1. Üzü tanıyır

Bu sosial şəbəkədə siz kimdənsə xoşlanmısınızsa, “Facebook” bunu dərhal yaddaşına yazır.  Onun alqoritmi o qədər sağlamdır ki, 98 faiz ehtimalla doğru təxmin edir.  Hər yüklədiyiniz şəkil onun bu yöndəki zəkasını daha da gücləndirir. Amma ən maraq doğuran məsələ odur ki, görən “Facebook” aldığı bu məlumatları şirkətlərə və ya dövlət qurumlarına satır, ya yox?

2. Nə zaman, harada olduğunuzu bilir

Əgər telefonunuzda “Messenger” varsa, demək bu ağıllı şəbəkə artıq sizin nə zaman harada olduğunuzu bilir. Bunun qarşısını almaq üçün “Messenger”ı bağlamanız lazım gələcək.

3. “Facebook”da olarkən özünüzü pis hiss edə bilərsiz

“Facebook”dan istifadə edərkən halınız pisləşə biıər. Bu o biri sosial şəbəkələr üçün də keçərlidir.  Yale Universitetində aparılan araşdırmalara görə, Facebookda dayanmadan başqalarının həyatını görmək, onları bəyənmək, öz həyatınla müqayisə aparıb çatmayan şeyləri görmək insanda bədbinlik yaradır.

4. Qida pozğunluğu yaradır

Florida State Universitetində aparılan araşdırmaya görə isə, “Facebook”a aludə olanlarda qida pozğunluğu yaranır. Eyni zamanda burada paylaşılan  şəkillərə baxanlar əksər hallarda bədənlərindən məmnun qalmırlar. Onlar özlərini başqaları ilə müqayisə edib bədbinləşirlər. Bu da onlarda qida pozğunluğu yaradır.

5. Bizi daha da yalnızlaşdırır

Psixiatr Sudeepta Varma bildirib ki, bir çoxları  Facebook vasitəsilə insanların  nə zaman, harada nə elədiyindən xəbər tutur, amma onları öz həyatlarında gerçəkləşdirə bilmədiyi üçün məyus olurlar. 82 nəfər üzərində aparılan bu araşdırmaya görə, iki həftə Facebook istifadə edən insan həyatında yetərsizlid və yalnızlıq hiss edir.

6. “Facebook” düşündüyümüzdən daha çox şey bilir

Bu sosial şəbəkə həyatlarımızı sürəkli məşğul edir. Bəs, buna necə nail olur? Bəlkə də biz bunun fərqində deyilik. Amma şəbəkə hər istifadəçisini analiz edir. Hətta nəyə pul xərcləıdiyindən belə xəbərdardır. “Google”də araşdırma apardınızsa, daha sonra  “Facebook”da onunla bağlı reklamlarla qarşılaşırsız. Təbii ki, bu, təsadüf deyil. Tutaq ki, hansısa bir əlbəsə, yaxud kofta ilə bağlı şəkillərə baxmısız. Az sonra “Facebook”  sizə onunla bağlı reklamları təqdim edir.

7. Nə vaxt yatdığımızı belə bilir

“Facebook Messenger” insanların nə zaman xəttə olduğunu göstərir. Mütəxəssislərdən biri – Soren Louv Jansen bunun köməyi ilə dostlarının yuxu qrafikini müəyyənləşdirib.O bu bilgiləri “Facebook” da xəttə olduqları zamanı təqib etməklə toplayıb.

Altunay, Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA