» » Pərvin Abıyeva oxudu, oynadı – “Yalnış anlama”nın qalasında YAŞANANLAR – FOTO/VİDEO

Pərvin Abıyeva oxudu, oynadı – “Yalnış anlama”nın qalasında YAŞANANLAR – FOTO/VİDEO

Loading...

Dünən gecə türkiyəli və yerli aktyorların çəkildiyi “Yalnış anlama” filminin qala gecəsi baş tutub.

Hurriyyet.org xəbər verir ki, “Cinemaplus” kinoteatrında baş tutan gecədə izdiham yaşanıb. Belə ki, filmə baxmağa gələnlərin sayı çox olduğundan kinoteatrda yer qıtlığı yaşanıb. Buna görə də foyedə olan divanları da kinozala daxil edib, qonaqların oturması üçün tam şərait yaradıblar.

Gecədə çıxış edən filmin baş rol ifaçısı aktyor Hakan Bilgin film haqqında bunları deyib: “Filmin 70 faizi Azərbaycanda çəkilib. Burada elə də böyük problemlərlə qarşılaşmadıq. Sadəcə olaraq başqa ölkədə olduğumuz üçün doğmalarımız üçün darıxırdıq. Bundan başqa heç bir əziyyətimiz olmayıb”.

Daha sonra İslam Mehrəliyev film haqda fikirlərini bildirib: “İlk işbirliyimiz idi. Çox gözəl keçdi. Azərbaycanda 90 faiz tanınırıq. İstədik ki, ölkə xaricində də bizi tanısınlar. İstedadımızı göstərək. Şükür ki, istəyimizə nail olduq. Filmi bəyəndilər və çox güldülər”.

Türkiyə maqazinin diqqət mərkəzində olan Pərvin Abıyeva da “Yanlış anlama” haqda danışıb: “Türklər gözəllik düşkünü insanlardır. Oranın mediası bizi yaxşı qarşıladı. İnşallah Türkiyə ilə bağlı bir neçə planımız var. Sabah yenidən Türkiyəyə gedəcəm”.

Filmdə 80 yaşlı bir xanımı canlandıran Zemfira Əbdülsəmədova isə ekran işi barədə fikirlərini belə ifadə edib:

“Təklif gəldi, mən də qəbul etdim. Sujet olaraq çox maraqlı gəldi. Obrazımın vizual formasından danışmaq istəyirəm. Qrim ustası türklər idi, onların işini çox bəyəndim. Hər çəkilişdə 2 saatdan çox üzərimdə iş gedirdi”.

Gecədə filmin baş rol ifaçıları Fərda Xudaverdiyev, İslam Mehrəliyev, Pelin Sönmez, Hakan Bilgin və Bahadır Efe kinozalda səhnəyə çıxaraq gələn qonaqları salamlayıb. Zalın dolu olmasından sevinən aktyorlar zarafatları ilə gecəyə damğa vurub.

Alqışlarla izlənilən film tamaşaçılar tərəfindən çox bəyənilib. Geyimləri ilə də dünya ulduzlarına meydan oxuyan Pərvin Abıyeva və Pelin Sönmez dekolte libasları ilə diqqət mərkəzində olub. Sonda Pərvin Abıyeva və İslam Mehrəliyevin mahnı oxuyaraq rəqs etməsi isə gecənin rəngli görüntülərindən biri olub./publika.az/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA