» » İrəvanda orduya etiraz aksiyası davam edir: Sarkisyan istefa verəcəkmi?

İrəvanda orduya etiraz aksiyası davam edir: Sarkisyan istefa verəcəkmi?

Loading...

İrəvanda tələbələrin etiraz aksiyası davam edir.
Hurriyyet.org publika.az-a istinadla xəbər verir ki, artıq üçüncü gündür davam edən etirazlarda tələbələr ordudan möhlət hüququnun ləğvinə etiraz edirlər.
Son məlumata görə, İrəvanda yağış yağmasına baxmayaraq, aksiya təxirə salınmayıb.
“Elmin inkişafı naminə” təşəbbüs qrupu aksiyaların davam edəcəyini bəyan edib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən hazırlanan “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsi parlamentdə ilk oxunuşda qəbul edilib. Yeni qanuna görə, aspirantura təhsili almaq istəyən tələbələrə ordudan möhlət hüququ verilməyəcək. Təhsilini davam etmək istəyən tələbəyə yalnız Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağı təqdirdə icazə veriləcək. Lakin həmin şəxs təhsilini başa vurandan sonra 2 yox, 3 il hərbi xidmət keçməlidir.
“Aykakan jamanak” qəzeti dünən yazıb ki, etiraz aksiyaları davam edərsə, müdafiə naziri Viqen Sarkisyanın istefa verməsi gündəmə gələ bilər.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA