» » Rafet El Romanın eks-xanımı: “Azərbaycanlı bəylə ailə quraram” - MÜSAHİBƏ/FOTO

Rafet El Romanın eks-xanımı: “Azərbaycanlı bəylə ailə quraram” - MÜSAHİBƏ/FOTO

Loading...

Xəbər verdiyimiz kimi, “Sinemanın kral və kraliçası”: II sinema gözəli yarışması” layihəsində azərbaycanlı gənclər də iştirak edəcək. Bu layihə vasitəsilə gənclərimiz Türkiyə şou-biznesinə qatılmaq, habelə onların kino və seriallarında çəkilmək fürsəti əldə edəcəklər.

Sözügedən layihənin final gecəsində aparıcılığı layihənin rəhbəri A.Kaplakarslanın qızı, aktrisa Ceren Kaplakarslan edəcək.

"Sinemanın kral və kraliçası: II sinema gözəli yarışması” layihəsinin rərbəri A.Kaplakarslanın qızı və məşhur müğənni Rafet El Romanın keçmiş həyat yoldaşı olan Ceren Kaplakarslan publika.az-a müsahibə verib.

Hurriyyet.org həmin müsahibəni oxucularına təqdim edir.

- Ceren xanım, Bakıya ilk gəlişinizdir? Bakı haqqında təəssüratlarınızı bilmək maraqlı olardı?

- Xeyr, ilk gəlişim deyil. Bundan əvvəl də bir neçə dəfə gəlmişəm. Lakin ilk dəfədir ki, bu qədər zövq aldım. Şəhəri gəzmək şansımız oldu, Bakıya heyran olmamaq mümkün deyil... Hətta mənə elə gəlir ki, Azərbaycanda daha çox populyaram, nəinki Türkiyədə.

- Bu səfərinizin məqsədi bəllidir. Bəs əvvəllər Bakıya nə üçün gəlmişdiniz?

- Səfərim adətən işgüzar məqsəd daşıyır.

- Hazırda aktrisa və model kimi fəaliyyət göstərirsiniz. Azərbaycanlı həmkarlarınızdan kimləri tanıyırsınız, bizim filmlərə baxmısınızmı?

- Təəssüf ki, sizin filmləri izləməmişəm, aktyorlarınızı da tanıdığımı deyə bilmərəm. Amma ifaçılarınızı tanıyıram və dinləyirəm. Məsələn, Rəşid Behbudovun yaradıcılığının vurğunuyam. Bir də Faiq Ağayevi dinləyirəm.

- Sinema kralı və kraliçası yarışması sayəsində Azərbaycanlı gənclər Türkiyədə tanınmaq, orada kino və seriallara çəkilmək şansı qazanacaq. Siz bunu necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, gəncləriniz üçün gözəl fürsətdir. Məryəm Uzərli Türkiyəyə gəldi, hətta türk dilində düzgün danışa bilməməsinə baxmayaraq tarixi serialda baş rola çəkildi. Bu müddət ərzində həm türk dilini, həm Türkiyədə yaşamağı öyrəndi. Hazırda isə dünyanın bir çox ölkələrində tanınan kino ulduzlarından biridir. Odur ki, niyə də azərbaycanlılar qardaş ölkəsində məşhur olmasın.

Təbii ki, şans məsələsi də var. Burdan da özünə və istedadına güvənən gəncləri bizim yarışmada iştirak etməyə səsləyirəm.

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

- Hazırda teatr tamaşası üzərində çalışıram, əsərin premyerası dekabr ayında baş tutacaq. Həmçinin açıqlamaq istəmədiyim sinema filmi və serial təklifləri də var. Onların başlamasını gözləyirəm.

Sinema yarışmasının aparıcılığını edəcəyəm, layihə rəhbəri atam olduğu üçün deyil, həqiqətən maraqlı olduğu üçün onu dəstəkləyirəm.

- Özünüzü aktrisa kimi inkişaf etdirmək üçün nə edirsiniz?

- Çoxlu insanla tanış oluram, onları müşahidə edirəm. Ən əsası kitab oxuyuram, filmdənsə roman oxumağa üstünlük verirəm. Kitab mənə daha dərin təsir göstərir və bu təsir səni əsər haqqında daha çox düşünməyə vadar edir.

- Sizə gələn film təklifləri necə dəyərləndirirsiniz? Xüsusi şərtləriniz var? Açıq-saçıq səhnələrə çəkilərdiniz?

- Xüsusi şərtim yoxdur, əsas odur ki, ssenari və layihə ürəyimcə olsun. Açıq-saçıq səhnələrə gəldikdə isə yenə də ssenaridən və ruh halımdan asılıdır. Ssenari bunu tələb edirsə, niyə də olmasın.

- Teatr, yoxsa kino sizə daha yaxındır?

- İlk dəfədir ki, teatrda özünü sınayacam. Teatrda oynamaq çox çətindir, səhnədə, hər kəsin qarşısında səhv etmək şansınız yoxdur. İfa edəcəyim obrazın leksikonunda vulqar ifadələri çoxdur. O cür danışıq isə heç tərzim deyil. Odur ki, dilimin öyrəşməsi üçün rolum üzərində çox çalışıram.

Film çəkmək daha rahatdır, teatr sizə daha çox tempo, enerji sərf etdirir. İnanıram ki, əməyimizin bəhrəsini alacağıq.

- Özəl həyatınızda nə yeniliklər var?

- Xəbəriniz varsa, boşanmışam, hazırda karyeramla məşğulam.

- Rafet bəyi Azərbaycanda çox sevirlər. Siz onunla ailə qurduqdan sonra tanıdılar...

- Ola bilər. Burda qəbahət görmürəm. Azərbaycana da ilk dəfə onunla gəlmişəm.

- Onunla münasibətləriniz indi necədir?

- Normaldır.

- Boşanma stressini üzərinizdən ata bilmisiniz?

- Açığını desəm, heç depressiyaya düşmədim. Çünki ailə həyatımız uğurlu alınmamışdı, münasibətlərimiz çox gərginləşmişdi. İndi çox xoşbəxtəm, vaxtımı ailəmlə birlikdə səmərəli keçirirəm. Həyatımda heç kim yoxdur.

- Yenidən evlənməyi düşünürsünüz?

- Xeyirlisi… Əgər sevə biləcəyim layiqli biri ilə qarşılaşsam, ola bilər.

- Azərbaycanlı bəylə ailə qurardınız?

- Niyə də olmasın, dediyim kimi, ilk növbədə yaxşı insan olmalıdır.

- Gözəllik sirləriniz nələrdir?

- Xüsusi sirlərim yoxdur, kamera qarşısına çıxmayanda heç vaxt makiyaj etmirəm. Yatmazdan əvvəl üzümdə makiyaj varsa, mütləq silirəm, düzgün qidalanmağa çalışıram. Pəhriz saxlayıram, amma həmişə pozuram (gülür). Çalışıram ki, daim hərəkətdə olum, gəzim.

 

 

 

 

  

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA