» » Telman İsmayılovun həbsi barədə qərar verildi - AXTARIŞA VERİLDİ - YENİLƏNİB

Telman İsmayılovun həbsi barədə qərar verildi - AXTARIŞA VERİLDİ - YENİLƏNİB

Loading...

Məhkəmə Moskvanın Çerkizovo bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun həbsi barədə qiyabı qərar çıxarıb.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, o, iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilir. İş adamı beynəlxalq axtarışa verilib.

Telman İsmayılovun vəkilinin bildirdiyinə görə, həbslə bağlı məhkəmə qərarı oktyabrın 30-da qəbul edilib və qərarla əlaqədar apelyasiya verilib.

Xatırladaq ki, sentyabr ayında İsmayılovun obyektlərində axtarış aparılıb. Mənbələrin bildirdiyinə görə, axtarışlara səbəb iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlləri olub.

“Rosbalt” bildirir ki, Telman İsmayılov 8 sifarişli qətlin həyata keçirdiyi güman edilən qruplaşma ilə əlaqədə şübhəli bilinir. Deyilənə görə, azərbaycanlı iş adamına qarşı ifadəni həmin qruplaşmanın üzvlərindən biri – Harri Belotserkovski verib. Onun sözlərinə əsasən, qrup Moskvanın şimalında yerləşən ticarət mərkəzləri ilə bağlı olan iş adamlarını “aradan götürürmüş”.

Telman İsmayılovun qardaşı – Rafiq 2016-cı ilin may ayında Savkinlə Brilevin qətlində ittiham edilib və hazırda həbsdədir. Daha bir qardaşı – Vaqif İsmayılov axtarışdadır.

2009-cu ildə Çerkizovo bazarında qanun pozuntuları aşkarlanıb və bazar bağlanıb. Onun sahibi Türkiyəyə köçüb və aktivlərini saxlamağa başlayıb. 2017-ci ilin o, müflis elan edilib.

Vəkil Marina Rusakovanın verdiyi məlumata görə, məhkəmə apellyasiya şikayətinə noyabrın 15-də baxacaq.

 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA