» » “Anam bunu bilsə, ürəyi dayanar” - Şahbaz Quliyevin bacısı (MÜSAHİBƏ)

“Anam bunu bilsə, ürəyi dayanar” - Şahbaz Quliyevin bacısı (MÜSAHİBƏ)

Loading...

"O, bir gün qapıdan içəri girəcək, boynumuzdan qucaqlayacaq..."
Hurriyyet.org Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyevanın Azvision.az-a müsahibəsini təqdim edir: 

- Şahbaz Quliyevdən yeni nə xəbər var?
- Qardaşımın səhhətində problemlər vardı. O, bir aya yaxın İrəvanda xəstəxanada müalicə aldı. Ötən ayın 11-də Şahbazı Qarabağdakı həbsxanaya qaytardılar.
Şahbaz bizdən heç nə istəmir. Bizim tək arzumuz onu yenidən azadlıqda görməkdir.
- Sonuncu dəfə qardaşınızdan nə vaxt məktub almısınız?
- Şahbaz İrəvanda olanda məktub yazmışdı. O vaxtdan bəri məktub almamışıq. Biz bu həftə Şahbaza məktub göndərmişik. Yəqin, yaxın günlərdə qardaşımdan da cavab alacağıq.
Biz məktub yox, onun özünü istəyirik. İnanırıq ki, o, bir gün qapımızdan içəri girəcək, boynumuzdan qucaqlayacaq. O gün biz xoşbəxt olacağıq...

- Şahbazın erməni girovluğunda olması barədə xəbəri nə vaxta qədər ananızdan gizlədəcəksiniz?
-Anamız yaşlıdır, xəstədir. Biz bu barədə ona xəbər versək, ürəyi dayanar. O, həmişə Şahbazı soruşur. Deyir ki, “ay bala, heç olmasa imkan versinlər oğlumun səsini eşidim”. Biz də müxtəlif bəhanələrlə onun fikrini dağıdırıq. Şahbaz tezliklə girovluqdan azad olunmalı və gəlib anamızı ziyarət etməlidir.
- Şahbazın ailəsi ilə əlaqə saxlayırsınızmı?
-Tez-tez onlara qonaq gedirəm. Şahbazın həyat yoldaşı və övladı dövlətimizin onlara Müşfiq qəsəbəsində verdiyi evdə yaşayır .

-Qardaşınızın neçə övladı var?
- Bir qızı var. Adı Elzadır. Hazırda 7-ci sinifdə oxuyur.
- Elza atasının girov olduğunu bilir?
- Biz Elzaya hər şeyi demişik. Mən onlara gedən kimi Elza soruşur ki, atam nə vaxt gələcək? Elza hər şeyi başa düşür. Əvvəllər atasının girovluqda olduğunu Elzadan gizlədirdik. Deyirdik ki, sərhəddi keçəndə sənədləri səhv olduğuna görə polislər onu saxlayıblar. Çünki Şahbaz ailəsi ilə birikdə tez-tez Rusiyaya gedib-gəlirdi. İndi bilir ki, atası Kəlbəcərdə girov götürülüb.
Şahbaz girov düşən zaman Elza 4-cü sinifdə oxuyurdu. İndi isə 7-ci sinifdə oxuyur. Ata qız uşağının həyatında böyük rol oynayır. Elza bəzən hamıdan küsür, atasını arzulayır, ağlayır.
- Elza atasına məktub göndərirmi?
- O, atasına tez-tez məktub yazır. Atası da qızına ayrıca məktub yazır. Şahbaz qızı üçün darıxdığını deyir. Elzanın gözəl rəssamlıq qabiliyyəti var. Məktubunda yazır ki, “ata yaxşı şəkillər çəkirəm”. Bəzən atasının şəkilini çəkib özünə göndərir. Atası da ona cavab yazır ki, “qızım, məktəbdə dərslərini yaxşı oxu, ananın sözlərinə bax”.

- Şahbazın həyat yoldaşı nə işlə məşğuldur?
- O, işləyir, maaş alır. Ana-bala əl-ələ verib dolanırlar. Qardaşımın həyat yoldaşı rus dillidir. Artıq Azərbaycan dilində danışmağı öyrənib. Elza evdə onunla Azərbaycan dilində danışır.
Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib.
Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə əlaqə saxlanılır.
скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA