» » Livanın baş naziri İSTEFA QƏRARINI Səudiyyədə ona verilən KAĞIZDAN OXUYUB

Livanın baş naziri İSTEFA QƏRARINI Səudiyyədə ona verilən KAĞIZDAN OXUYUB

Loading...

Hurriyyet.org xəbər verir ki,Livanın baş naziri Haririnin istefa qərarını Səudiyyə Ərəbistanında ona verilən kağızdan oxuduğu bildirilir.

“Yeni Şafak” qəzeti yazır ki, Saad Haririnin istefasının və Səudiyyə krallıq ailəsi isərisindəki təmizləmə əməliyyatından bir həftə sonra sızan məlumatlar paralel şəkildə icra edilən bir planlaşdırma olduğunu göstərir. Noyabrın 2-də Saad Haririnin Riyada çağrılması ilə başlayan əməliyyat noyabrın 2-də şənbə gecəsi kral ailəsi üzvləri olan şahzadələrin “Ritz Karlton” otelində həbsi ilə başa çatır.

Riyadın ən uzun 72 saatında nələr olmuşdu?

Noyabrın 2-si. Gözlənilməz dəvət

Cümə axşamı, noyabrın 2-də Saad Haririnin ofisinə Riyaddakı kral sarayından bir telefon zəngi gəlir. Telefonda Livan baş nazirinin Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz tərəfindən görüşə dəvət edildiyi deyilir. Halbuki Saad Hariri bundan bir neçə gün əvvəl Səudiyyənin nüfuzlu nazirlərindən olan Samir əs Sübhan ilə “Hizbullah” məsələsini müzakirə etmiş, Livana qayıtdıqdan sonra isə “məhsuldar bir görüş” keçirdiyini bildirmişdi. Hariri Riyada səfərindən əvvəl media nümayəndələrinə verdiyi açıqlamasında həftəsonu Qırmızı dənizin sahilindəki Şarm əl Şeyx şəhərində keçiriləcək və Misirin çevrilişci prezidenti Sisinin də iştirak edəcəyi Dünya Gənclik Forumunda iştirak edəcəyini söyləyir – Hariri özünün Riyadda istefa verəcəyindən xəbərsizdir!

Niyabrın 3-ü: təkbaşına hava limanında

Saad Haririnin təyyarəsi noyabrın 2-si cümə günü Riyad aeroportuna enir. Amma həmişəkindən fərqli olaraq, Haririni hava limanında qarşılamaq üçün heç bir Səudiyyə rəsmisi yox idi. Hariri nəyinsə normal olmadığından şübhələnir. Buna görə də özünün Riyadda yerləşən daimi iqamətgahına yollanır. Şənbə gününə qədər heç bir Səudiyyə rəsmisi onunla əlaqə saxlamır.

Noyabrın 4-ü: 4 saat qapıda saxladılar

Səhər saatlarında Haririnin Riyaddakı ofisinə Kral sarayı protokol ofisindən bir zəng gəlir. Haririyə vəliəhd şahzadə Məhəmməd bin Salman ilə bir iclasda iştirak etməsinin lazım olduğu deyilir. Hariri telefon zəngindən sonra kral sarayına yollanır. Saad Hariri burada 4 saat Məhəmməd bin Salman tərəfindən qəbul edilməsini gözləyib. 4 saat tamam olandan sonra isə Hariri ona verilən istefa məktubunu televiziya kameraları qarşısında oxuyaraq, Livanın baş naziri postundan istefa verdiyini, ona qarşı “sui-qəsd təhlükəsinin olduğunu və İran ilə “Hizbullah”ın regional təhlükəsizliyi təhdid etdiyini” açıqlayıb. “Röyters”ə açıqlama verən livanlı mənbə Haririnin Riyada endiyi andan Səudiyyə tərəfindən heç bir hörmət görmədiyini deyib. Məhəmməd bin Salman Haririnin əmrini vermişdi.

“Təmizləmə” başlanır

Noyabrın 4-də Saad Haririnin Livanın baş naziri postundan Məhəmməd bin Salmanın çağırışı ilə istefa verməsinə paralel şəkildə iki şəhərdə: Riyad və Ciddədə əməliyyatlar başlanır. Kral Salman bin Əbdüləzizin həmin gün qurduğu və Məhəmməd bin Salmanı sədr təyin etdiyi “Korrupsiya ilə mübarizə komitəsi” kral ailəsinə mənsub şahzadələrə, nazirlərə və iş adamlarına qarşı həbs əməliyyatları keçirir. 11 şahzadə, indiki və keçmiş nazirlər, milyarderlər daxil olmaqla bir neçə saatın içərisində 208 nəfərə qədər adam həbs olunur.

Şahzadələrə layiq həbsxana – oteli bağlatdırdılar

Riyadın məşhur “Ritz Karlton” oteli noyabtın 4-də əvvəlcədən yer tutmuş müştərilərinə bir məlumat göndərdi: “Yerli rəhbərlik tərəfindən gözlənilməz  və yüksək təhlükəsizlik tələb  edən yer sifarişinə görə, fəaliyyətimiz normal axarına düşənə qədər xidmət göstərə bilməyəcəyik”. Məhəmməd bin Salman təmizləmə əməliyyatından əvvəl yüksək səviyyəli məhbuslara layiq bir “həbsxana” hazırlamışdı. Bir neçə saat ərzində Səudiyyə asayiş qüvvələri bir düjünə yaxın şahzadəni “otel”ə gətirdi.

“Yaxında qayıdacağam, İran...”

“Həyatına qarşı sui-qəsd olacağını” deyərək istiefa verən Livan baş naziri Hariri Riyadda ilk müsahibəsini “Future” televiziya kanalına verib. Hariri Livanın mənfəəti üçün istefa verdiyini bildirib: “Qısa müddət sonra Livana qayıdacağam və istefam ilə bağlı Konstitusiya proseduralarını yerinə yetirəcəyəm”. İstefasının normal şəkildə olmadığını bildiyini deyən Hariri mətni özünün yazdığını söyləyib. “Livan bitərəflik siyasətinə qayıdacağı təqdirdə, istefa qərarımı dəyişəcəyəm” deyən Hariri daha sonra söyləyib: “İran ərəb ölkələrinin daxili işlərinə qarışmaqdan əl çəkməlidir”.

Abdullahın oğluna gecə zəngi

Eyni gündə kral mühafizəçiləri naziri şahzadə Mutab bin Abdullahın Riyaddakı evinə də bir telefon zəngi gəlir. Onu vəliəhd şahzadə Məhəmməd bin Salman ilə təcili görüşə çağırırlar. Mutab vəzifəsi ilə əlaqədar olaraq, bu çağırışda qeyri-adi heç nə görmür. Vəliəhd ilə sutkanın bütün saatlarında görüşməyə vərdiş edib. Lakin bu çağırışdan sonra Mutab bir daha evinə qayıtmayacaq və digər şahzadələrlə birlikdə “Ritz Karlton” otelinə göndəriləcəkdi.

Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA