» » General Elçin Quliyevə cəza isətənildi - "RÜTBƏSİ və ƏMLAKI ALINSIN"

General Elçin Quliyevə cəza isətənildi - "RÜTBƏSİ və ƏMLAKI ALINSIN"

Loading...

"MTN zabitlərinin işi" üzrə mühakimə olunan daha bir dəstənin məhkəməsi yekunlaşır.

Hurriyyet.org xəbər verir ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Bakı Hərbi Məhkəməsində keçirilən proses hakim Elbəyi Allahverdiyev sədrlik edib.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.Dövlət ittihamçısı çıxışında E.Quliyevin 15 və A.Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hökmə əsasən, hər iki şəxsin hərbi rütbəsinin alınmasını, əmlaklarının müsadirə edilməsini tələb edilib.

Qeyd edək ki, bu, artıq həbs edilən üçüncü qrup MTN zabitlərinin işidir ki, məhkəmədə baxılır.

Həbsdə olan MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev Eldar Mahmudov vəzifədən qovulandan sonra tutduğu vəzifədən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin edilmişdi.

Ancaq MTN ləğv edildikdən sonra o da həbs edilib.

Onu da əlavə edək ki, MTN işi üzrə təqsirləndirilən şəxslərin cinayət işi bir neçə yerə ayrılıb. Onlardan idarə rəisi Akif Çovdarov, general Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesi hazırda Bakı Hərbi Məhkəməsində davam edir. /musavat.com/

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA