» » Mübariz Mənsimov barədə “Nezavisimaya qazeta”dan silinən yazı: “40 milyon dollar büdcədən necə yayındı...?”

Mübariz Mənsimov barədə “Nezavisimaya qazeta”dan silinən yazı: “40 milyon dollar büdcədən necə yayındı...?”

Loading...

 Hurriyyet.org xəbər verir ki, bu məqalə “Nezavizimaya qazeta” saytından silinsə də, dünən Rusiyanın digər KİV-i – “Kompomat.ru” onu yenidən dərc edib.

Məqalədə deyilir:

2017-ci ilin sentyabrın axırında Türkiyənin, yeganə sahibi türk və Azərbaycan biznesmeni Mübariz Mənsimov olan “Palmali” şirkəti  Böyük Britaniyanın Ali Məhkəməsinə müraciət etdiyini, Rusiyanın “LUKOYL” neft şirkətinin bir şaxəsi olan “Litasco” firmasına qarşı 2 milyard dollarlıq iddia qaldırdığını, ittiham elədiyi tərəfin uzunmüddətli əməkdaşlıq müqaviləsinin şərtlərinə əməl eləmədiyini bəyan eləmişdi.

Kriminal mənzərə

Rns.online portalı bildirir ki, “LUKOYL” şirkətinin prezidenti Vahid Ələkbədov bunun cavabında beə bir açıqlama veribmiş: “Bilirsiniz ki, bu gün “Palmali” iflasın astanasındadır. Məncə, bu, sadəcə diqqət çəkmək üçündür. Bizdə “Palmali”nin imzaladığı sənəd var, orada onlar 2015-ci ildə bildiriblər ki, bizə qarşı heç bir iddiaları yoxdur”.

“Palmali”nin “LUKOYL” şirkətinə məxsus firmanı həqiqətən də məhkəməyə verib-vermədiyi və bu addımın nəyə əsaslandığı indiyə qədər bəlli deyil.

2013-cü ildə Rusiyada, Rostov na-Donu şəhərində vergi xidmətinin yoxlamalarının nəticələri “Palmali” markasının adına ciddi zərbə vurdu. Türkiyənin “Palmali” açıq səhmdar cəmiyyətinin fəaliyyətinin araşdırılması zamanı, təkcə maraqlı yox, həm də aşkar kriminal mənzərə aşkara çıxdı.

2016-cı ilin yanvarında Rusiyanın İstintaq komitəsinin Cənub istintaq idarəsi Federal Vergi Xidmətinin cə DİN-in materialları əsasında “Palmali” ASC-nin direktoru Aleksey Mixelevə qarşı cinayət işi qaldırdı. Bu barədə “Kommersant” qəzeti xəbər vermişdi (20.01.16). P, RF CM-nin 2-ci maddəsinin b bəndində nəzərdə tutulan cinayəti törətməkdə - təşkilatın xüsusilə böyük məbləğdə verdigən yayınması üzrə şühbəli hesab edilirdi. İstənilən ölkədə vergidən yayınmaq ciddi cinayət hesab edilir.

İstintaq hesab edirdi ki, Aleksey Mixelev 2010-2011-ci ilin verdgi bəyannaməsində su nəqliyyatı ilə yüklərin daşınmasından gələn gəlirin məbləği barəsində qəsdən yanlış məlumatlar hazırlayıb. Nəticədə şirkəd 2010-cu ildə 881 milyon rubldan artıq, 2011-ci ildə isə 401 milyon rubldan artıq gəlir vergiini ödəməyib”.

Cibdən cibə

“Kommersant”ın müxbirinin “Palmali”nin direktorunun müstəqil şəkildə, yoxsa “təsisçilərdən birinin razılığı ilə” fəaliyyət gösrədiyi suala Rusiyanın İstintaq komitəsindən birmənalı cavab verilməyib. Lakin yəqin ki, şirkətin sahibi Mübariz Mənsimov özünə birbaşa tabe olan şəxsin əməlindən xəbərdar olub. Üstəlik, söhbər xeyli böyük məbləğdən  - 1,2 mlrd. Rubldan çox vəsaitdən gedir.

Əldə olan sənədlərə görə, 2013-cü ilin axırında “Palmali” açıq səhmdar cəmiyyətinin sahibi olan “Palmali Gemi Hizmetleri ve Agentelik Anonim Şirketi” (İstanbulda qeydiyyatdan keçib) Rusiyadakı firmasını satmaq qərarına gəlir. Alıcı qismində Maltada qeydiyyatdan keçmiş “Palmali Holdinq Co. Ltd.” Şirkəti çıxış edir. Hər iki şirkətin sahibi Mübariz Mənsimov idi. Necə deyərlər, bir cibindən götürüb, o biri cibinə qoymuşdu.

Nüfuzlu auditor şirkəti “Deloitte Malta” firmasının hesabatına görə, şirkət,  sonra, 2013-cü il dekabrın 27-də imzalanmış sazişə görə 230 milyon dollara satılmışdı.

Bu razılaşma çərçivəsində “Palmali Gemi Hizmetleri ve Agentelik Anonim Şirketi” 2013-cü ildə “Palmali Holdinq Co. Ltd.” Firmasından 140 milyon dollar məbləğində avans ödənişi alır, 2014-cü ildə isə 90 milyon dollar məbləğində ikinci ödəniş edilir. Lakin “Palmali Holdinq Co. Ltd.” Şirkəti “Palmali Açıq Səhmdar Cəmiyyəti” üzərində yalnız 2014-cü il, yanvarın 1-də tam ixtiyar sahibi olur.

Ən maraqlısı budur ki, “Palmali Açıq Səhmdar Cəmiyyəti”nin Rusiyada qeydiyyatdan keçirilmiş alqı-satqı razılaşmasında nizamnamə kapitalındakı gəlirin 100%-i barəsindəki müqavilə yalnız 2015-ci il noyabrın 5-də “Palmali Gemi Hizmetleri ve Agentelik Anonim Şirketi” ilə “Palmali Holdinq Co. Ltd.” arasında imzalanır, elə həmin il noyabrın 13-də isə Hüquqi şəxslərin vahid dövlət reyestrunə “Palmali Açıq Səhmdar Cəmiyyəti”nin yeni sahibinin - “Palmali Holdinq Co. Ltd.” Şirkətinin adı qeyd edilir. Lakin alqı-satqı müqaviləsində məbləğ 230 milyon dollar yox, 6 112 377 dollar – demək olar ki, 38 dəfə az göstərilir.

Biznes sirk deyil

Sirkdə belə şeyləri fokus adlandırırlar: artist çubuğu havada hərləyir və mat qalan kütlənin gözləri qarşısındakı qızıl təpəsi qum təpəciyinə çevrilir. Lakin özəl bizneslə dövlət arasındakı haqq-hesab – sirk yox, ciddi, məsul işdir, qarşılıqlı etimad tələb edir. Burada isə, türk şirkəti gəlir vergisi qismində Rusiyaya verməli olduğu 44,8 milyon dolların əvəzində, Rusiya büdcəsinin qarşısına 1,222 milyon dollar atır.

Olduqca şübhəli sövdələşmənin iştirakçıları, daha dəqiqi, onların başçısı – Mübariz Mənsimov yəqin ki, vergi məsələsində problemlərin yaranacağını hiss edir. Onlar bu məsələni, alqı-satqı müqaviləsinə məzəli bir maddə salmaqla həll ediblər: “Satıcı təminat verir ki, bu müqavilə çətin, əlverişsiz vəziyyət nəticəsində və ağır şərtlər daxilində imzlanmayıb”.

Görünür, onlardan heç biri, gizlinlərin tez-gec aşkar ediləcəyindən şübhələnmirmiş.

Yəqin ki, Rusiyanın hətta ən kiçk biznes xətalarını sərt şəkildə təqib edən istintaq orqanları dövlətə nəhəng zərbə vuran şübhəli sxemlərə də diqqət yetirərlər.

İstənilən biznez, xüsusilə də böyük və ciddi biznes şirkətin adına söykənir”.

Hurriyyet.org

 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA