» » İnteraktiv açıq dərsdə kimyəvi elementlərin dövrü sistemindən danışılıb

İnteraktiv açıq dərsdə kimyəvi elementlərin dövrü sistemindən danışılıb

Loading...

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 215 ümumtəhsil məktəbinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib.

Hurriyyet.org xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin apardığı açıq dərsdə “Kimyəvi elementlərin dövrü sistemi” mövzusundan danışılıb. Bildirilib ki, təbiətdə mövcud olan və süni yolla alınan 10 milyonlarla maddənin tərkibini göstərmək üçün kimyəvi elementlərin işarələrindən istifadə edilir. Bütün Yer kürəsi və onun atmosferi kimyəvi elementlərin bəsit və mürəkkəb birləşmələrindən təşkil olunub.

Kimyaçı alim qeyd edib ki, 1828-ci ildə alman alimi İ. Debereyner tərəfindən ilk dəfə müəyyən edilib ki, əgər elementləri kimyəvi oxşarlıqlarını nəzərə almaqla üç-üç qruplarda birləşdirsək və atom çəkilərinin artması sırası ilə yerləşdirsək, onda iki elementin arasında yerləşən elementin atom çəkisi, kənar elementlərin atom çəkilərinin cəminin yarısına bərabər olar.

Açıq dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, bundan sonra 1862-1868-ci illərdə S.Vürts, L.Meyer, C.Nyulends, A. Vilyamson, U.Odlinq, N.Lavrov, A.Hofman məlum 63 elementdən 51-ni əhatə edən yeni atom kütlələri cədvəllərini nəşr etdirib.

Ə. Qarayev kimyəvi elementlər cədvəlindən də bəhs edərək bildirib ki,  1868-ci ildə D. Mendeleyev “Kimyanın əsasları” kitabını yazır və orada əsas məsələ kimi elementlərin dövriliyini göstərir. Kimyəvi xassəcə müxtəlif olan iki qrup elementlərin müqayisəsi göstərdi ki, atom çəkilərinin qiymətinə və onların valentliyinə görə elementləri bir sistemdə yaxınlaşdırmaq olar. Məhz bu müqayisə kimyəvi elementlər cədvəlinin əsasını qoydu və Mendeleyev 17 fevral 1869-cu ildə 64 kimyəvi elementdən ibarət cədvəl tərtib etdi. Müxtəlif qrup elementlərinin, onların atom çəkilərinə görə müqayisəsi dövri qanunun-elementlərin xassələri onların atom çəkilərinin qiymətindən dövri asılıdır kəşfinə gətirib çıxartdı.

Diqqətə çatdırılıb ki, elementlərin dövri sistemi dövri qanunun qrafik şəkildə təsviridir. İndiyədək dövri qanunu ifadə edən 600-ə qədər cədvəl, qrafik və şəkilin ikisi daha təkmil variantdır. Qısa dövrlü klassik formalı və uzun dövrlü (18 sütunlu) cədvəllər.

Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA