» » YƏMƏNDƏN SONRA LİVAN SƏUD XANƏDANININ OVLAĞI OLACAQMI? – "Hizbullah" ətrafındakı çənbər daralır – TƏHLİL

YƏMƏNDƏN SONRA LİVAN SƏUD XANƏDANININ OVLAĞI OLACAQMI? – "Hizbullah" ətrafındakı çənbər daralır – TƏHLİL

Loading...

Həlim Şebaya

Al-Jazeera” (Qətər)

“Al-Arabiya” telekanalının Riyaddan yayımladığı Səəd Həririnin Səudiyyə Ərəbistanında sürpriz istefasından bir həftə sonra Livan artıq onun harada olduğunu soruşmur və azad olunmasını tələb edir.

Livan prezidenti Mişel Aun baş nazirin itmə şərtlərinin "ikibaşlı və sirli" olduğunu deyərək, Səudiyyə Ərəbistanından məsələyə açıqlıq gətirməsini istəyib. Daha sonralar xarici səfirlərlə görüşlərdə, o, Həririnin "qaçırıldı"ğını elan edib.

Həririnin Riyadda qısa bir səfər etməyi planladığı və həftə sonu Livana dönməyi olduğu aydın olub. Riyadda verdiyi bir müsahibədə ilk dəfə bu axşam geri dönəcəyini deyib.

Aydındır ki, Həriri indi Riyadda, hökumətin digər başçısı – Yəmənin prezidenti Əbd-Rabbu Mansur Hadi kimi, qalıb. Aylardır sonuncunun Səudiyyə paytaxtını tərk etməsinə icazə verilmir. Beyrutdakı qorxu ölkənin, Yəməndə olduğu kimi, proksi müharibəsi ilə üzləşə biləcəyidir.

"Livanlılar qoyun sürüsü deyil"

Son xəbərlərə görə, Səudiyyə Ərəbistanı "Hizbullah”la üzləşmək istəmədiyi üçün" Həririnin istefasına dair qərar qəbul edib. Varis-şahzadə Məhəmməd bin Salmanın qəbulunda gözləyərkən, ona istefa ərizəsi təqdim olunub.

Səudiyyə Ərəbistanı Səədin böyük qardaşı Bəha üçün zəmin hazırlayır və Həriri ailəsi üzvlərinin Riyada gələrək sədaqət andı içməsini tələb edir.

Daxili işlər naziri Nohad Maşnuqu bu məsələ ilə əlaqədar soruşdurduqda belə cavabı verib: "Livanlılar qoyun sürüsü və ya Livan mülkiyyəti haqqı bir şəxsdən digərinə köçə biləcək torpaq sahəsi deyil. Livanın demokratik sistemi seçkilərə əsaslanır, kiməsə sədaqət vədinə yox".

Aydındır ki, son hadisələr Livanın suverenliyinə hücumdur və Livandan geniş şəkildə qınanıb. Səudiyyə Ərəbistanının qətiyyətli tərəfdarları istisna olmaqla. Bunlara Tripolidəki sünni hərbçi, sabiq ədliyyə naziri Əşrəf Rifini və xristian partiyasının lideri Samir Qeqea daxildir. O, yalnız istefanın "vaxtı"na təəccüblənib.

Səudiyyə Ərəbistanının Livanda yaratdığı gərginlik

Ötən cümə axşamı günü Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Bəhreyn Livanın Səudiyyə Ərəbistanına müharibə elan etdiyini iddia edərək, vətəndaşlarını Beyrutdan çıxmağa çağırıb.

Bu belə bir səyahət qadağası ilk dəfə verilmir. 2016-cı ilin fevralında Səudiyyə Ərəbistanı Tehranda Səudiyyə səfirliyinə hücumdan sonra oxşar bir qərar vermişdi. Riyadın indi hərəkətə keçməsinə səbəbi Livanın "İranın təcavüzünü qınamaması” idi.

Daha sonra, xüsusilə prezident seçkilərindən sonra Aunun prezidentliyə gətirilməsi və Həririnin baş nazir olması ilə gərginlik azaldı.

Lakin bu dəfə, Livan vətəndaşları daha çox əndişəlidirlər ki, Səudiyyə vətəndaşlarının təxliyəsini iqtisadi və ehtimal ki, hərbi təcavüz təqib edə bilər. Livan əleyhinə yenilənmiş başqa bir təcavüz təhlükəsi mövcuddur. İsrail rəsmiləri “Hizbullah”la münaqişədən danışırlar.

İndi İranın Livanda artıq yaxşı silahlanmış və hazır müttəfiqi var. Səudiyyə Ərəbistanı “Hizbullah”la hərbi yolla üzüləşmək niyyətindədir. Bu, Yəməndəki kimi, bir vəziyyətə gətirib çıxarır.

Belə bir hərəkət milyonlarla suriyalı və fələstinli qaçqına ev sahibliyi edən ölkəni, – Suriyada və Yəməndə baş verən insanlıq fəlakətlərini və İraqdakı kəskin qarışıqlıqları nəzərə alaraq, – münaqişəyə cəlb edəcək, bölgədəki xaos və ölümü yeni bir səviyyəyə qaldıracaq.

Livan müharibə istəmir

Səudiyyə analitiki ötən cümə axşamı geniş şəkildə izlənilən siyasi şouda Livanı təhdid və təhqirə məruz qoyaraq, Livan ictimaiyyətini təhqir edib, hətta Livan prezidentini “terrorçu” adlandırdı.

Livan xalqı ictimai media ilə bu ittihamlara qarşı qəzəblənərək ədliyyə naziri Səlim Jreissatinin baş prokurora müraciət edərək prezident, spiker, xarici işlər naziri və Livan Ordusuna qarşı hörmətsizlik və cinayət törətmə ittihamının araşdırmasına çağırıb.

İstefasının arxasındakı Səudiyyə niyyəti Livandakı partiyaların “Hizbullah” əleyhinə koalisiyasının formalaşdırmaqdırsa, bu günə qədər sabitliyin qorunmasının və başqa bir müharibədən qaçınmanın yeganə səbəbi milli birliyin açıq nümayişidir.

Əslində, Səudiyyə Ərəbistanının qarşıdurma qərarı verdiyi təqdirdə, çoxlu tərəfdarı da var. Ancaq “Hizbullah”la silahlı qarşıdurmaya gəlincə, Livanda heç bir partiya bu kampaniyada iştirak etməyə hazır deyil.

Əlbəttə, bu, “Hizbullah”ın milli dəstəyə malik olduğunu mənası vermir. Əksinə, bir daha aydın oldu ki, “Hizbullah” Səudiyyə Ərəbistanının və digər ərəb dövlətləri tərəfindən cəza almadan Livanın sərhədləri xaricində qarşıdurmalara cəlb olunma siyasətini davam etdirə bilməyəcək.

Hələlik, Livan ictimaiyyəti “Hizbullah”ın hərbi müdaxilə üçün heç bir "iştahasının" olmadığını bilir. Bundan başqa, Livanın başqa silahlı münaqişənin bir hissəsi olmaq və başqasının yerinə qarşıdurma yaratmaq istəmədiyi aydın görünür.

1975-1990-cı illərdəki vətəndaş müharibəsi kifayətdir. İsrailin hücumları da bu dövrdə olub. olmuşdu.

Dəliqanlılıq vaxtı deyil. Başqa seçimlər var.

Tərcümə: Strateq.az

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA