» » Şamaxıda keçmiş məhkum ögey anasını öldürdü –TƏFƏRRÜAT

Şamaxıda keçmiş məhkum ögey anasını öldürdü –TƏFƏRRÜAT

Loading...

Şamaxı rayonunda törədilən müəmmalı qətlin üstü açılıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, ötən gecə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızını öldürən şəxsin kimliyi məlum olub.

Hadisəni bir neçə il əvvəl vəfat etmiş ev sahibi Hacı Bağırovun birinci arvadından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırovun törətdiyi müəyyənləşib. 

Bildirilir ki, o, qadın amansızlıqla qətlə yetirildikdən sonra meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qətlin izinin itirilməsi məqsədilə quyuya daş, torpaq və ağac qırıntıları tökülüb. Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Məlumata görə, Hacı Bağırovun hər iki arvadı və övladları eyni həyətdə yaşayıb.

Badam Bağırovanın övladı dünən məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polisə məlumat verib. Ötən gün axşam saatlarında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, R. Bağırov daha əvvəl 8 il məhkumluq həyatı yaşayıb və bu yaxınlarda həbsxanadan çıxıb.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA