» » “Aralıq dənizi sahillərinə qədər uzanan “şiə zolağı” formalaşır” - Şahin CƏFƏRLİ

“Aralıq dənizi sahillərinə qədər uzanan “şiə zolağı” formalaşır” - Şahin CƏFƏRLİ

Loading...

“Siyasətçi məzhəbçi fikir söyləməmildir” - Elxan ŞAHİNOĞLU

İki gün öncə, Türkiyənin Baş naziri Binəli Yıldırımın ABŞ-ın CNN kanalına verdiyi qalmaqallı müsahibə geniş müzakirələrə səbəb olub. Baş nazir deyib ki, 500 ildir İran və Türkiyə arasında heç bir müharibə baş verməyib və Türkiyənin regional məsələlərə dair mövqeyi birmənalıdır: “Biz hər hansı bir məzhəbin yayılmağa çalışılmasının sabitlik, təhlükəsizlik və regional sülh üçün yaxşı olmadığını bilirik. Bu səbəbdən şiə məzhəbinin regiona yayılması region üçün böyük təhlükədir. Dini müharibə başlasa, bunun nə qədər davam edəcəyini heç kim bilməz. Buna görə də qonşumuz İrana dostcasına bunu çatdırırıq və xəbərdarlıq edirik”.

“Türkiyənin diqqəti İraq və Suriyanın şimalında kürd zolağının yaranmasını əngəlləməyə yönəlib”

Baş nazir Binəli Yıldırımın şiəliyin yayılması təhlükəsi barədə fikrini şərh edən politoloq Şahin Cəfərli Hurriyyet.org-a bildirdi ki, Binəli Yıldırım şiəliyin bölgədə yayılması təhlükədir” deyəndə İranın regionda məzhəbçilik təməlində apardığı ekspansiya siyasətini nəzərdə tutur: “Suriya bataqlığında başlıca məqsədinə çatmadıqdan sonra Türkiyənin diqqəti özünün cənub sərhədlərində, yəni İraq və Suriyanın şimalında kürd zolağının yaranmasını əngəlləməyə yönəlib. Belə bir zolaq Türkiyənin Ortadoğu ilə əlaqəsinin kəsilməsi deməkdir, cənubda kürd dövlətlərinin yaranmasının Türkiyənin içərisinə mümkün təsirləri isə hamıya məlumdur”.

“Türkiyə və İran regional rəqib olaraq qalır

Cəfərli vurğuladı ki, nəzərdən qaçan önəmli bir məsələ odur ki, İran dövləti də eyni bölgədə öz zolağını yaradır: “İrandan başlayıb, İraqdan keçməklə Suriyaya, Aralıq dənizi sahillərinə qədər uzanan “şiə zolağı” formalaşır. Bu zolaq da eynilə kürd zolağı kimi Türkiyəni bölgədən təcrid edir və Türkiyənin maraqları baxımından ciddi təhlükədir. Hazırda Türkiyə və İranın yeganə üst-üstə düşən marağı kürd dövlətinin ortaya çıxmasına yol verməməkdən ibarətdir, qalan məsələlərdə iki dövlət regional rəqib olaraq qalır”.

“Astana formatı üç dövlətin strateji səviyyədə anlaşması demək deyil”

Cəfərli onu da diqqətə çatdırdı ki, Rusiya, İran və Türkiyədən ibarət Astana formatı üç dövlətin strateji səviyyədə anlaşması demək deyil, sadəcə situativ ittifaqdır: “Bunu kürd məsələsində Rusiyanın fərqli mövqeyindən də görmək olar. Rusiya Suriyanın gələcək dövlət quruluşu ilə bağlı məsələlərin müzakirəsi məqsədilə keçirəcəyi “Suriya Milli Dialoq Konqresi”nə Türkiyənin terror təşkilatı saydığı PYD/YPG-ni də dəvət edib. Bu qruplaşmanın Moskvada rəsmi nümayəndəliyi var və təxminən bir ay əvvəl onlar Rusiya XİN-in dəvəti ilə Moskvada səfərdə oldular. Əsəd hökuməti də rəsmi olaraq bəyan etdi ki, kürdlərə muxtariyyət verilməsi məsələsini müzakirə etməyə hazırdır”.

“Türkiyə Atatürkün Yurdda sülh, cahanda sülh düsturundan uzaqlaşmamalı idi

“Olduqca mürəkkəb, qarışıq durum yaranıb, bu gün birlikdə görünənlər sabah asanlıqla ayrıla bilər və yaxud əksinə, bu gün ayrı olanların sabah ortaq məxrəcə gəlməsi tamamilə mümkündür. Türkiyənin İran, İraq, Suriya, Rusiya, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı ilə həm ortaq, həm də fərqli maraqları var. Maraqları tam uzlaşdırmaq mümkünsüz görünür. Hər hansı dövlətin bu vakxanaliyadan özünün bütün maraqlarını təmin edərək çıxması möcüzəvi nəticə olardı.

Türkiyə Atatürkün mənası indi daha yaxşı anlaşılan “Yurdda sülh, cahanda sülh” düsturundan uzaqlaşmamalı idi..”, - deyə politoloq əlavə etdi.

“Binəli Yıldırımın bölgədə şiəliyin yayılması təhlükəsi barədə fikri çox uğursuzdur”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Türkiyənin baş naziri Binəli Yıldırımın bölgədə şiəliyin yayılması təhlükəsi barədə fikri çox uğursuzdur: “Bəlkə də Amerikanın CNN kanalına verdiyi müsahibədə ingiliscə izahı uğursuz alınıb. Ancaq bütün hallarda siyasətçi məzhəbçi fikir söyləməmildir. Necə ki, türkiyəli rəsmilər PKK ilə kürdlər arasında bərabərlik işarəsi qoymur və bu məsələdə həssas olmağa çalışırlar, eləcə də müxtəlif məzhəblər haqqında fikir söyləyərkən ehtiyatlı olmalıdırlar”.

Şamo, Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA