» » DÜNYA LİDERLƏRİNİN BAKIDA BAŞ ÇƏKDİYİ MUZEY

DÜNYA LİDERLƏRİNİN BAKIDA BAŞ ÇƏKDİYİ MUZEY

Loading...

Muzeyin rəhbəri Zərifə Salahova: “Heydər Əliyev heç kimdən hədiyyə götürməzdi, amma mənə “yox” demədi”

“Zəng elədilər ki, şahzadə gəlir”

Zərifə Salahova. Azərbaycanın görkəmli ictimai xadimi. “Kitab” Cəmiyyəti İdarə heyətinin sədri. Azərbaycan Qadınları Bakı Assossasiyasının sədri. 2005 və 2010-cu llərdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Müşahidə Şurasının üzvü təyin edilib. Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri, nəhayət, tanınmış rəssam Tahir Salahovun bacısıdır.

Hərçənd ki, Tahir müəllimlə bağlı sualları cavablandırmaq istəmədi. “Mənim müsahibəmiTahirlə qarışdırma” deyə təpki verdi.

Haqsız sayılmaz, əslində. Çünki aldığı prezident təqaüdünü  xeyirxah məqsədlərə xərcləyən 85 yaşlı xanımın gördüyü işlər heç də qardaşının xidmətlərindən az deyil.

O üzdən biz söhbətimizdə Zərifə xanımın illərini həsr elədiyi Miniatür Muzeyindən danışdıq. 

O muzey ki, Yeltsinin, Ərdoğanın və bir çox ölkə başçılarının diqqətini çəkib. O muzey ki, dünyada təkrarsız olduğuna görə, Ginnesin Rekordlar Kitabına düşüb.

“Muzey Şekspirlə Servantesin ölən günü yarandı”

- Belə bir muzey yaratmaq fikri hardan ağlınıza gəldi?

- Bu ay mənim kitab kolleksiyamın 35 yaşı tamam olur. 35 ilə 8600-dən bir az çox miniatür kitablar yığmışam. Bu muzey 2002-ci ilin 23 aprelində açılıb. Niyə aprelin 23-də? Onun da öz səbəbi var. Ona görə ki, 23 aprel 1616-cı ildə eyni gündə Şekspir və Srvantes dünyasını dəyişib. YUNESKO-nun xətti ilə bu tarix dünyada Beynəlxalq Kitablar və Müəlliflər günü kimi qeyd olunur. Aprelin 23-də muzeyin açılmasının da 15 ili tamamlanacaq.

1993-cü il oktyabrın 3-də Heydər Əliyev birinci dəfə prezident seçilirdi. Oktyabrın 10-da Respublika Sarayında andiçmə mərasimi oldu. Mən də ordaydım. O zaman Heydər Əliyev 1 saat 10 dəqiqə ayaqüstə çıxış elədi. Mən fikir verdim ki, bu insan bu qədər müddəti həm ayaq üstə, həm də heç bir qeydə baxmadan danışdı. Öz-özümə dedim ki, gərək mən onun çıxışını miniatür şəkildə çap eləyəm. Bu hardan ağlıma gəldi, onu da deyim. Mənim kolleksiyamda Con Kennedinin andiçmə törənindəki çıxışı əks olunan kitab var. Bu kitab Hollandiyada Kennedi öldürüləndən sonra çap olunub. Mən də 1995-ci ildə Heydər Əliyevin çıxışını “Vətənə, dövlətə sədaqət” adında müniatür kitab şəklində çap elədim. Sonra bu kitabın təqdimat mərasimini keçirdik. Həmin təqdimatda eyni zamanda özümün 2000 kitabımı da sərgilədim. Bu mənim ilk sərgim idi. Tədbirə Heydər Əliyev də gəlmişdi.

“Prezidentə dedim ki, tarix susur...”

Mən orda danışanda dedim ki, yer versələr, miniatür kitab muzeyi yaradıb, onları bu şəhərə bağışlayaram. Sonra Heydər Əliyev kolleksiyaya baxdı, məndən soruşdu ki, Zərifə, bu kitabların hamısı səninkidir? Dedim, burda cəmi 2 min kitab var, amma məndə belə kitablardan 4 mini var. O kolleksiyamdan Əlişir Nəvainin “Fərhad və Şirin”ini çox bəyəndi. Kitabla çox maraqlandı, soruşdu ki, bu kitab harda, nə qədər tirajla çıxıb. Mən də kitab haqda danışdım. Gördüm kitab çox xoşuna gəlib. Dedim, bağışlayıram sizə. Heydər Əliyev heç vaxt heç kimdən hədiyyə götürməzdi. Amma mənim hədiyyəmi qəbul elədi. Daha sonra Remarxın miniatür kitabını çox bəyəndi. Bir də Puşkinin “Yevgeni Onegin” kitabını bəyəndi. O kitab 1837-ci ildə hələ Puşkin həyatda olarkən çıxıb. Heydər Əliyev kitabı görüb çox təəccübləndi. Dedi, Zərifə, bunu hardan tapmısan belə? Mən də ona rusca dedim ki, “Qeydar Aliyeviç, istoriya umalçivaet”.

Kitabların hamısına baxandan sonra mən ona Honkenin 10 cilddə kitablarını da göstərdim. Dedim ki, “QDR” yoxdur, amma kitabları qalır. O mənə diqqətlə baxdı, dedi hə, kitablar qalır.

“Məmur dedi ki, bu ev onunkudur, o ev bununku, amma mənə çatanda...”

Demək, o tədbirdən 5 ay keçdi. Mən o zamankı Bakı şəhər merinə ərizə yazdım. Sonra meriyadan yanıma gəldilər, dedilər bizə tapşırıblar ki, sizinlə gəzib baxaq, harda istəsəniz, orda yer ayıraq. Bu kimin tapşırığıydı? Sözsüz ki, Heydər Əliyevin.

Biz gəldik İçərişəhərin rəhbərinin yanına. O dedi ki, boş yer yoxdur. Başladıq gəzməyə. O vaxt 96-97-ci illər, bilirsiz də, nə qədər boş evlər vardı. Dedi, bu ev onunkudur, bu ev bununkudur. Bu yerə çatanda qorxdular desinlər ki, buranı da kiməsə saxlamışıq. Beləcə, əlacsız qalıb verdilər mənə. Özümüz tikdik və özümüz də saxlayırıq.

“İndiyədək 93 min ziyarətçimiz olub, amma özümüzünkülər...”

15 ilə muzeyə 93 mindən çox insan gəlib. Onun az hissəsi bizimkilərdir. Mən həmişə deyirəm, ermənilərdə kimsə Dünya Rekordlar Kitabına düşsəydi, bütün dünya biləcəkdi. Amma bizimkilər hələ də yatırlar.

- Bəlkə təbliğatınız yetərli deyil...

- Bütün qəzetlər yazıb, televiziyalar göstərir.

2014-cü ildə Naxçıvanda muzeyin filialını açdım. Hazırda 39 ölkədə nəşr olunan 1051 kitab orda sərgilənir. Ötən il Gəncədə, bu ayın 6-da isə Şəkidə filialımız açdıq. Orda da 28 ölkədə çap olunan 600 kitab nümayiş olunur.

“Təhsil naziri göstəriş verib, gəlirlər...”

Deyirsiniz, bizimkilərin muzeyə marağı azdır, amma bölgələrdə filiallar açırsız. Bəs, bu paradoksu necə izah edirsiz?

- Bölgələrdə də gəlirlər. Əsasən məktəbliləri gətirirlər. Bu da nə ilə bağlıdır, onu da deyim. Bir ara İçərişəhərin meri Mikayıl Cabbarov oldu. O, bizim muzeyə tez-tez gələrdi, bu muzeyə qiymət verirdi. Təhsil naziri keçəndən sonra o, məktəblərə tapşırıq verib ki, uşaqları bu muzeyə gətirsinlər. İndi məktəblilər gəlirlər. Amma məni təəccübləndirən odur ki, müəllimlər uşaqlara muzeydə özlərini necə aparmağı öyrətmirlər. Ya da muəllimə siniflə İçərişəhərə girir, mənə çox rast gəlib, soruşurlar ki, Mirmövsüm ağanın evi hardadır?

Yaxud da universitetin müəlliməsi - kurartoru gəlib soruşur ki, Şirvanşahlar ha tərəfdədir? Deyirəm, a bala, sən Bakıda 5 il oxumamısan? Niyə bilmirsən bizim tarixi abidələrimiz hardadır?

“Zəng gəldi ki, şahzadə muzeyə gəlir...”

Avqustun 14-də zəng edib xahiş ediblər ki, Tailandın 61 yaşlı şahzadəsi öz təyyarəsi ilə bu muzeyə baxmağa gəlir. Həmin gün istirahət gününə düşdüyü üçün xahiş elədilər ki, muzeyi açaq.

O xanım məhz bu muzeyə baxmaq üçün gəlib və özü ilə 38 dənə kitab gətirmişdi. O kitablardan biri onun 70 il kral olan atası haqdaydı. İstəyib ki, bizim muzeydə atası ilə bağlı da kitab olsun. Daha bundan artıq nə olmalıdır? Bu camaatın diqqətini çəkmək üçün daha neyləmək gərəkdir?

“Muzey var ki, ekskursovodu üçün də əlavə pul istəyir”

Bu münasibət yalnız sizin muzeyə deyil. Digər muzeylərə də o qədər həvəslə gəlmirlər...

- Başqa muzeylərə giriş pulldur. Ailədə 2-3 uşaq olanda necə gedəsən? Mən özüm bir neçə il bundan qabaq 17 tələbəmlə birgə Tarix muzeyinə gəldim. Dedilər ki, tələbələr üçün biletin qiyməti 3 manatdır. Demək, 51 manat verdim. Sonra gəldilər ki, ekskursovod üçün də pul verməlisiz ki, sizə izahat versin. Dedim necə yəni? Əlavə də pul verməliyik? Bəs həmin insan burda işləyib maaş almır? Biz bilet almışıq, bizə kim danışacaq?

“Amma Londonda bir günə gəzilməyəcək məşhur muzey pulsuzdur”

Mən Londonda olmuşdum. Orda Milli Bədii Qalereya var. Orda 7 dildə bukletlər hazırlayıblar və onu gələnlərə pulsuz paylayırlar. Amma o muzeyi bir günə gəzmək mümkünsüzdür. Ora giriş pulsuzdur. Həm də hamı üçün. Çox dünya ölkələrində belədir. Məncə, bizdə də belə olmalıdır, ən azı tələbələr və məktəblilər üçün girişə pul alınmamalıdır.

(Ardı var)

RƏNA, Hurriyyet.org

 

 

 

 

 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA