» » ADP-dən prezidentin çıxışına REAKSİYA

ADP-dən prezidentin çıxışına REAKSİYA

Loading...

“Prezidentin çıxışı səfalət içində yaşayan xalqın hazırkı durumu ilə ziddiyyət təşkil edir”

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata əsaəsən, toplantıda ölkə həyatına aid bir sıra ictimai-siyasi məsələlər müzakirə edilib.

Toplantı iştirakçıları ilk növbədə ATƏT-in Daimi Şurasında ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçirilmiş toplantıda ABŞ-ın ATƏT-dəki missiyasının müvəqqəti işlər vəkili Harri Kamianın Dağlıq Qarabağ probleminin həlli məsələsində hazırkı status-kvonun dəyişdirlməsi haqda səsləndirdiyi bəyanata münasibət bildirib. Problemin həllinin uzadılmasına xidmər edən bu cür bəyanatların protokol xatirinə səsləndirilməsinə xidmət etdiyini diqqət çəkən partiya yetkililəri ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin ədalətli çözülməsində bu günə qədər ciddi bir addım atmadığını bir daha qeyd edib:

“Təcavüzkara “dur” demək, işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etmək əvəzinə, təcavüzkarla, ərazisi işğala məruz qalan bir dövlətə eyni prizmadan yanaşmaq tərzi beynəlxalq hüquq normalarını gözardı etməkdən başqa bir şey deyil”.

ADP Dağlıq Qarabağ məsələsinin həllində beynəlxalq hüquq normalarına riayət edilməsinin, oxşar problemlərə ikili standartlardan deyil, beynəlxalq təcrübəyə uyğun olaraq yanaşılmasının vacib olduğunu bildirib və bu qurumun üzərinə götürdüyü barış missiyasını qərəzsiz və ədalətlə yerinə yetirməyə çağırıb.

İdarə Heyəti qardaş Türk Respublikaları Qazaxıstan, Özbəkistan və Türkmənistanın bir araya gələrək sərhəd məsələlərini müzakirə etməsini, hər üç ölkənin vahid mövqedən çıxış etməsini təqdir edib və anlaşmaları ümumtürk birliyinə xidmət edən töhvə kimi dəyərləndirib.

ADP dövlət başçısının Gəncə səfəri zamanı keçirdiyi görüşlərdə ölkəmizin heç bir dövlətdən maliyyə asılılığının olmaması, yeni iş yerləri hesabına işsizliyin aradan qaldırılması, sosial iqtisadi vəziyyətin günü-gündən yaxşılaşması barədə səsləndirdiyi bəyanata münasibət bildirib və daxili auditoriyaya hesablanan bu çıxışların beynəlxalq təşkilatların iqtisadi geriləmələr haqda hazırladığı hesabatlarla, səfalət içində yaşayan xalqın hazırkı durmu ilə ziddiyyət təşkil etdiyini qeyd edib və hakimiyyəti sosial-iqtisadi geriliyi aradan qaldıran islahatlar həyata keçirməyə çağırıb.

İdarə Heyəti son vaxtlar Bakı ətrafı rayonlarda, xüsusilə Nizami rayonu ərazisində yeni tikintilər adı altında yaşıllıqların kütləvi şəkildə məhv edilməsini qətiyyətlə pisləyib və hakmiyyəti paytaxtımızda ekoloji fəlakətə səbəb ola biləcək yaşıllıqların soyqırımını dayandırmağı, tikinti aparılan yerlərdə yeni yaşıllıqların salınması üçün lazımı tədbirlər görməyə çağırıb.

ADP İran və İraq ərazilərində baş verən zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar adı çəkilən müsəlman ölkələrinə dərin hüznlə baş sağlığı ünvanlayıb və hakimiyyəti bu ölkələrə maddi və mənəvi dəstək olmağa çağırıb.

KƏNAN

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA