» » “Azərbaycan bizdən üstündür” - Ermənistanı gözləyən BÖYÜK TƏHLÜKƏ

“Azərbaycan bizdən üstündür” - Ermənistanı gözləyən BÖYÜK TƏHLÜKƏ

Loading...

“Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun Ermənistanda emiqrasiyanı gücləndirəcək.
Hurriyyet.org xəbər verir ki, bu barədə erməni politoloq Ara Papyan deyib.
Onun sözlərinə görə, insanlar onsuz da 18 yaşa çatmış övladlarını orduda xidmət etməməsi üçün ölkədən çıxarırlar: “Bu qanunun qəbulundan sonra emiqrasiyanın tempi yüksələcək”.


Qeyd edək ki, Ermənistan müdafiə naziri Viqen Sarisyanın təşəbbüsü ilə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər edilib. Yeni qanuna görə, təhsilini davam etdirmək istəyən tələbələrə orduda xidmət möhləti hüququ ləğv olunub. Yalnız tələbə Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağı təqdirdə ona möhlət hüququ verilə bilər. Lakin möhlət hüququ almış tələbə təhsilini başa vurandan sonra 3 il hərbi xidmət keçməlidir. Bu qanun qəbul ediləndən sonra tələbələr İrəvan küçələrində etiraz aksiyaları keçirtdi, amma onların etirazı nəticəyə təsir göstərmədi. Erməni ekspertlər hesab edirlər ki, möhlət hüququnun ləğvi orduda çağırışçılarla bağlı problemi aradan qaldırmaq və əsgər çatışmazlığını ört-basdır etməyə hesablanıb.
A.Papyan qeyd edib ki, bu qanun ədaləti tam bərpa etməyəcək.
“Onsuz da müxtəlif yollarla hərbi xidmətdən yayınanlar yenə olacaq. Fikrimcə, hərbi xidmət keçməyən insanların vəzifə tuta bilməcəyəi haqda qanun hazırlanmalıdır”, - deyə o bildirib.
Papyan Azərbaycanın üstünlüyünü də xüsusi vurğulayıb: “Problem ondadır ki, bu gün texnologiya inkişaf edir, lakin biz ordunu insanlar hesabına möhkəmləndirmək istəyirik. Ən əhəmiyyətli itki insan itkisidir. Bu məsələdə Azərbaycan olduqca üstündür, çünki orada əsas ağırlıq texnologiyaya verilir. Digər tərəfdən, Ermənistan ordusunda ədalət anlayışı yoxa çıxır. Bu da əsas amillərdəndir”. /publika.az/

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA