» » “Rusiya istəyir ki, ordusu Dağlıq Qarabağa girsin”

“Rusiya istəyir ki, ordusu Dağlıq Qarabağa girsin”

Loading...

 Zərdüşt Əlizadə: “Qarabağ məsələsi, Azərbaycanın ərazi bötüvlüyü neftin, rüşvətlərin bədəlidir”

“Azərbaycanı vadar edirlər ki, Qarabağın açarını Rusiyaya versin”

Dünən Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyub Ərdoğanla Soçidə görüşüblər. Prezidentlərin əsasən Suriya ətrafında müzakirələr aparacağı bəlli olsa da, günlərdir bu görüş Azərbaycanda da maraqla gözlənilirdi. Çünki...

Görüşdən əvvəl Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə liderlər beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparacaqlar və ticarət, enerji sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyini də bildirmişdi: “Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfində olmağa davam edəcək. Növbəti həftə və ya digər həftə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyəm. Onun bu münaqişənin həllində mövqeyi çox önəmlidir. Cənab Putin həqiqətən bu məsələyə diqqət yetirsə, onu həll etmək asan olacaq”.

Putin-Ərdoğan görüşünü şərh edən politoloq Zərdüşt Əlizadə Hurriyyet.org-a bildirdi ki, o, şəxsən bu görüşdən heç nə gözləmir: “Azərbaycan üçün heç kim müsbət heç nə gözləmir. Çünki gerçəkdə vəziyyət belədir ki, Rusiya Qarabağ vasitəsilə bütün Azərbaycanı itaətdə saxlayır. Bu münaqişə vasitəsilə bütövlükdə Cənubi Qafqaza nəzarət edir, öz maddi marağını götürür, Azərbaycana silah satır. Regional dövlət kimi öz statusunu təsdiqləyir. Rusiya üçün vəziyyəti Azərbaycanın xeyrinə dəyişmək üçün heç bir əsas, stimul yoxdur. Nəyə görə vəziyəti dəyişsin?! Nəyisə dəyişməyə razı ola bilər. Dəyişiklik ondan ibarət ola bilər ki, arzusuna çatsın, öz sülhməramlılarını Qarabağ bölgəsinə gətirsin və beləliklə, Azərbaycan Qarabağa əbədi əlvida desin”.

“Azərbaycanın bütövlyü alver söhbətidir”

Z.Əlizadə dedi ki, 30 ildir davam edən münaqişə müxtəlif mərhələlərdən keçib: “O cümlədən qaynar mərhələdən, hansı ki, Azərbaycanın siyasi hakimiyyətinin fərsizliyi ucbatından Azərbaycan özündən qat-qat zəif dövlətə uduzub, torpaqları işğal olunub. İndi Azərbaycanı vadar edirlər ki, həqiqi məğlubiyyətin əvəzinə, Qarabağdan imtina etsin, yəni Qarabağın açarını Rusiyaya versin. Gedən danışıqların mahiyyəti budur, başqa şey deyil. Hakimiyyət deyəndə ki, ərazi bütövlyü alver söhbəti deyil, elə şey yoxdur, bu, boş söhbətdir, əslində, elə alver söhbətidir. Qarabağ məsələsi, Azərbaycanın ərazi bötüvlüyü neftin, rüşvətlərin bədəlidir. Bu səbəbdən, Rusiya çalışır ki, Azərbaycanı alçaldıcı güzəşltlərə vadar etsin”.

“Türkiyə öz mənafeyini qoruyur”

Z.Əlizadənin fikrincə,  Rusiya əsas güzəşt tələbi odur ki, Dağlıq Qarabağ Azərbaycanın əlindən çıxsın, ətraf rayonların hamısı qaytarılmasın və Rusiya “sülhməramlıları”, yəni rus ordusu Dağlıq Qarabağa girsin: “Rusiyanın əsas istəyi budur. Yəni münaqişəyə nəzarətini sərtləşdirmək və daha möhkəm etmək istəyir. Bu işdə Rusiyaya Amerika, Fransa yardımçı olmaq istəmədiyinə görə, Türkiyəni özünə yardımçı götürüb ki, guya, sən Azərbaycanın tərəfindəsən. Əslində, Türkiyə öz mənafeyini qoruyur. Rusiya ilə daha yaxın müttəfiq olmağa çalışır. Türkiyənin burada böyük siyasi maraqları var.

Türkiyə Rusiya ilə bu məsələdə şərik olur və öz mövqeyini real oyunçu kimi oynayır. O cümlədən bölgədə status-kvonun zaminlərindən birinə çevrilir. Ərdoğanı Türkiyə dövlətinin siyasi, iqtisadi maraqları maraqlandırır. O, Qarabağın Azərbaycana qayıtmasını hərləmir”.

Şamo EMİN, Hurriyyet.org

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA