» » Azərbaycanı Brüsseldə nə gözləyir?

Azərbaycanı Brüsseldə nə gözləyir?

Loading...

 Asim Mollazadə: “Azərbaycan müstəqil siyasət yürüdə bilən yeganə ölkədir”

İlqar Vəlizadə: “Brüssel sammitində sürprizlər gözlənilmir”

“Azərbaycan Ermənistan deyil ki, Rusiyanın bir dəfə gözünü ağartması ilə sazişlərdən qaçsın”

Noyabrın 24-də Brüsseldə “Şərq tərəfdaşlığı” proqramının növbəti sammiti keçiriləcək. Bu sammitin  “Şərq tərəfdaşlığı” proqramının iştirakçı ölkəsi kimi Azərbaycan üçün də önəmi böyükdür. Çünki sammit çərçivəsində proqram iştirakçısı olan ölkələrlə, o cümlədən Azərbaycanla da bağlı məsələlər müzakirə olunacaq. Amma Azərbaycanın bu saziş çərçivəsində Avropa İttifaqı ilə Assosiativ sazişi imzalaması gözlənilmir. Ötən ay xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıqlayıb ki, Brüsseldə keçiriləcək sammitdə bu sənədin imzalanacağını gözləmək olmaz: “Danışıqlar 5 ay əvvəl başlayıb. Yay aylarında bir az fasilə olub, sonra danışıqlar yenə başlayıb. Danışıqlarda bəzi sahələrdə tərəqqi var, bəzi sahələrdə bir çox məsələlər qalmaqdadır. Ona görə də Brüsseldə bu sənədin imzalanacağını barədə yayılan məlumatlar yanlışdır”.

Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” proqramının növbəti sammiti ilə bağlı “Hürriyyət”ə danışan millət vəkili Asim Mollazadə bildirdi ki,  Azərbaycan hər zaman “Şərq Tərəfdaşlıq” proqramının üzvü olub, əməkdaşlıq edib: “Çox güman ki, Brüsseldə keçiriləcək sammitdə də bu yenidən öz təsdiqini tapacaq”.

“Bu sammit üçün sənəd hazır deyil”

“Azərbaycan Avropa Birliyi ilə müvafiq tərəfdaşlıq sazişi  üzərində işləyir. Bu iş çox sürətlə gedir, amma inanmıram ki, sammit üçün bu hazır olsun. Gələcəkdə belə bir sazişin imzalanması olacaq. Bu hansı tədbirdə olacaq, deyə bilmərəm. Amma bu sammit üçün sənəd hazır deyil”, - dedi millət vəkili.

A.Mollazadə vurğuladı ki, Azərbaycan üçün Avropa Birliyi çox önəmli tərəfdaşdır: “Bizim enerji sahəsində tərəfdaşlıq sazişimiz var. İndi geniş bir saziş üzərində iş gedir. Yaxın müddətdə bitiriləndən sonra saziş imazalanacaq, əməkdaşlıq da davam edəcək”.

“Azərbaycana heç kim təzyiq göstərə bilməz”

A.Mollazdə onu da qeyd etdi ki, Azərbaycanın Assosiativ sazişi imzalaması üçün ölkəmizə heç bir xarici güc təzyiq göstərə bilməz: “Azərbaycan keçmiş Sovet ölkələri arasında ən müstəqil siyasət yürüdən ölkədir. Azərbaycan Ermənistan deyil ki, Rusiyanın bir dəfə gözünü ağartması ilə sazişlərdən qaçsın. Azərbaycan müstəqil siyasət yürüdə bilən yeganə ölkədir”.

“Təəssüflər olsun ki, Avropa İttifaqının siyasətində Azərbaycanla bağlı fərqli münasibət biruzə verir”

 Politoloq İlqar Vəlizadə isə bildirdi ki, Brüssel sammitində “Şərq Tərəfdaşlıq” proqramının yeni konsepsiyası qəbul olunmalıdır: “Bu, 2020- ilə qədər nəzərdə tutulur. Bu konsepsiyada yeni prioritetlər öz əksini tapmalıdır. Çox güman ki, müxtəlif sürətli inteqrasiyadan söhbət gedir. Bilirik ki, Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqı ilə Assosiativ sazişi imzalayıb. Bu sənəd əsasında bu ölkələr daha sürətlə Avropa İttifaqına inteqrasiya edəcəklər. Ona görə, Assosiativ sazişdən kənar qalan “Şərq Tərəfdaşlıq” proqramının iştirakçıları üçün müxtəlif formatlar nəzərdə tutulub. “Şərq Tərəfdaşlıq” proqramı vahid bir konsepsiyadır. Yəni inteqral bir sənəddir. Avropa İttifaqı çalışır ki, bu inteqral sxemanı saxlasın. Amma hər ölkə üçün müəyyən proseslər olacaq. Azərbaycan, Ermənistan və Ukrayna üçün fərqli prioritetlər olacaq. Yəqin ki, Ukrayna üçün mövcud münaqişələr rol oynayacaq. Gürcüstandakı, Moldovadakı münqişlərlə bağlı  da fərqli münasibət gözlənilir. Çox təəssüflər olsun ki,  Avropa İttifaqının siyasətində Azərbaycanla bağlı fərqli münasibət biruzə verir. Bu, mənfi haldır. Düşünmürəm ki, indi Azərbaycan tərəfi buna göz yumacaq. Çox güman ki, Brüsseldə fikir mübadiləsi aparılacaq, müəyyən ziddiyyətlər əmələ gələ bilər. Bu, qaçılmazdır. Azərbaycan çalışır ki, Avropa İttifaqı bütün münaqişələrə eyni prizmadan yanaşsın. Təəssüflər olsun ki, bizm timsalımızda bu, baş vermir”.

“Azərbaycan və Ermənistan sammit çərçivəsində Avropa ilə yeni sazişi imzalamayacaqlar”

İ.Vəlizadənin fikrincə, Brüssel sammitində sürprizlər gözlənilmir: “Azərbaycan və Ermənistan sammit çərçivəsində Avropa ilə yeni sazişi imzalamayacaqlar. Çox güman ki, bu gələn il olacaq və bu, fərdi şəkildə baş tutacaq. Ona görə, bununla bağlı Rusiyadan hansısa demarşları da gözləmək düzgün olmazdı. Düşünürəm ki, bütün hallarda sammit problemsiz ötüşəcək. Çünki bu günə kimi aparılan hazırlıq işləri onu göstərir ki, tərəflər mümkün ziddiyyətləri aradan qaldırmağa və xarici risklərdən xəbərdar olmağa çalışırlar ki, bu riskləri minimuma endirsinlər. Ona görə də Brüsseldə heç bir sürpriz olmayacaq”.

“Siyasi məsələlərdə də müəyyən ziddiyyətlər ola bilər”

“Danışıqlar qapalı şəkildə keçir. Ona görə, biz orada olan nüansları bilmirik. Amma sızan məlmatlara görə, Avropa İttifaqı ilə bağlı əsas ziddiyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Avropa İttifaqı işğalıçını işağlçı adlandırmaq istəmir. İşğalçı Ermənistanla onlar başqa bir saziş bağlayırlar. Yəni  müəyyən məsələləri gözləmək şərti ilə elə ifadlələr  işlədirlər ki, Ermənistanın maraqlarını burada təmin etsinlər. Belə olan halda isə ziddiyyətlər əmələ gəlir. Niyə Ukrayna, Gürcüstan, Moldava ilə bağlı “işğal altında olan ərazilər” ifadə edirlər, bizim ərazilər isə “mübahisəli ərazilər” kimi göstərilir. Əslində, mübahisəli ərazilər deyil. Azərbaycan tərəfi də çalışır ki, bu sənəddə bunu əks etdirsin. Amma yenə də onlar boyun qaçırırlar. Yəqin ki, siyasi məsələlərdə də müəyyən ziddiyyətlər ola bilər. Mən sənədlə tanış deyiləm. Ona görə, deyə bilmərəm ki, hansı məsələlərlə bağlı konkret ziddiyyətlər var. Ya istəyirlər ki, Azərbaycan hansısa öhdəlikləri götürsün, Azərbaycan da bu öhdəliklərdən imtina edir. O barədə heç bir informasiya yoxdur. Biz sadəcə güman edə bilirik ki, belə ziddiyyətlər var.

İqtisadi məsələlərlə bağlı ziddiyyətlər görsənmir.  Viza ilə bağlı danışıqlar da sənədin yubanmasına səbəb ola bilər. Çox güman ki, bu sahədə də fikir ayrılıqları var”, - dedi politoloq.

“Bu, strateji əməkdaşlıq müqaviləsi olacaq”

Vəlizadə qeyd etdi ki, imzalanacaq saziş Assosiativ müqavilə olmayacaq: “Bu, strateji əməkdaşlıq müqaviləsi olacaq, hansı ki, 1990-cı ildə qəbul oluan müqaviləni əvəz edəcək. Yəni o vaxt Avropa İttifaqı ilə Azərbaycan arasında hər iki tərəfin münasibətlərini tənzimləyən bir baza sənəd qəbul olunmuşdu. İndi o baza sənədlərin yenilənmiş bir variantı ortalığa çıxır. İndi bu sənədlə münasibətlərimizi quracağıq. Bütün hallarda  instensiv inteqrasiya olmasa da irəliləyişlər var. Yəni bu sənəddə keyfiyyətcə tam başqa bir münasibətlər forması təqdim olunur. Düşünürəm ki, ən çox iqtisadi münasibətlərdə irəliləyişlər olacaq. Çünki biz indi Avropadan Çinə, Çindən Avropaya tranzit xətləri reallaşdırırıq. Bunlar multimodal layihələrdir. Çünki burada loqistik mərkəzlər fəaliyyət göstərməlidir. Azad iqtisadi bazarların olması mümkündür. Bunun üçün beynəlxalq hüquqlar mövcud olmalıdır. Beynəlxalq hüquqi əsaslar Avropanın standartlarına uyğun təşkil olunacaq. Burada irəliləyişlər ola bilər. İqtisadi münasibətlərin transformasiyası həm siyasi, həm də viza məsələlərinə təsir göstərəcək. Çünki Avropa biznesmenlərinin bura marağı artsa, burada müəssisələrin sayı çoxalsa, gediş-gəliş üçün sadələşdirilmiş prosedurlar tətbiq olunmalıdır. Bu, Avropa vətəndaşlarına qarşı tətbiq olunsa, Avropa tərəfindən Azərbaycan vətəndaşlarına qarşı da olmalıdır. Burada yumşalmalar ola bilər”.

“Azərbaycan Avropa İttifaqı ilə münasibibətlər barədə Rusiya tərəfini məlumatlandırır”

“Saziş noyarda bağlansaydı, bu, müəyyən piar elementləri özündə əks etdirərdi. Əlbəttə, bu, anti-Rusiya bir addım ola bilərdi. Bir də, Rusiya çox gözəl başa düşür ki, təxminən sənəddə nədən söhbət gedir. Bilir ki, Rusiyanın əleyinə işləyən faktor burada yoxdur, yaxud da çox minimum dərəcədədir. Rusiya burada passiv rol oynayır. Təkcə Azərbaycanla deyil, Ermənistanla bağlı da Rusiyanın narahatçılığı yoxdur. Ermənistan prezidenti Rusiyanı atdığı addımlarla bağlı məlumatlandırır. Çox güman ki, Azərbaycan tərəfi də Avropa İttifaqı ilə münasibətlər barədə Rusiya tərəfini məlumatlandırır. Çünki tərəflər görüşündə adətən deyirlər ki, “bütün məsələlər müzakirə olunub”, bu frazanın içində bu da var. Ona görə, bununla bağlı Rusiya çox  narahatçılıq ifadə etmir. Düşünmürəm ki, bu sazişin bağlanması Rusiyanı qıcıqlandıracaq”, - deyə politoloq əlavə etdi.

“Hürriyyət”

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA