» » Nazirlik beyin iflici olan 17 yaşlı qıza əlillik dərəcəsi vermədi

Nazirlik beyin iflici olan 17 yaşlı qıza əlillik dərəcəsi vermədi

Loading...

Şikayətçi: “Adamlar tanıyıram ki, sağlam olsalar da, pul verib əlillik dərəcəsi təyin etdirib və buna görə dövlətdən hər ay pensiya alır”

“Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə rüşvət verməyə pulumuz olmadığı üçün qanunsuz olaraq xəstə qızıma əlillik dərəcəsi təyin edilməsindən imtina edildi”

Ucar rayonu Qazyan kənd sakini Qasımova Aygün Əliyusif qızı tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Müəllif  saytımız vasitəsilə Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək, ondan yardım istəyir:

“Mənim müraciətim həmişə xəstələrə, əlillərə kömək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevayadır.

Hörmətli Mehriban xanım!

Bəlkə də Siz ilk dəfədir ki, belə haqsızlığın şahidi olacaqsınız.

Belə ki, mənim anadangəlmə beyin iflici xəstəsi olan 17 yaşlı övladım Qasımova Fatimə Əlövsət qızına əlillik dərəcəsi verilməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina edib. Səbəb isə göstərilib ki, müalicəsini davam etdirin.

Hörmətli Mehriban xanım!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu açıqlaması biabırçılıqdır. Çünki qızım Fatimə anadangəlmə beyin iflici xəstəsidir. O, tam hərəkətsizdir, onu mən qucağımda gəzdirirəm, yuyundururam, paltarını geyindirirəm, hətta o, danışa belə, bilmir. Anadan olandan müalicələr edilsə də sağalmayıb.Bu sağalmaz bir xəstəlikdir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə rüşvət verməyə pulumuz olmadığı üçün qanunsuz olaraq xəstə qızıma əlillik dərəcəsi təyin edilməsindən imtina edildi. Bəlkə də bu, dünyada tayı-bərabəri olmayan biabırçılıqdır.

Həyat yoldaşım rəhmətə gedib, özüm isə bu xəstəyə qulluq etdiyim üçün işləyə bilmirəm. Mən hərəkət edə bilməyən belə bir xəstəni evdə tək qoyub işləyə bilmərəm. Həyat yoldaşım rəhmətə gedəndən sonra yetim pulu olaraq ayda 100 manat pul alırıq. O pulun ümidinə aclıq-səfalət içində yaşayırıq.

Mən birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovu ittiham etmək istəmirəm. Çünki mənim sağalmaz xəstə qızımın problemini 100 % nazir Səlim Müslümov bilmir, imtinanı verən həmin nazirliyinin şöbəsidir. Bilirəm ki, əlilliyi pulla təyin edirlər. Adamlar tanıyıram ki, sağlam olsalar da, pul verib əlillik dərəcəsi təyin edillib və buna görə dövlətdən hər ay  pensiya alırlar. Bizə qarşı edilən bu haqsızlığı  Allah da götürməz. 17 il hərəkət edə bilməyən sağalmaz xəstəyə əlillik dərəcəsinin təyinatından imtina edilməsi hansı qanuna uyğundur?

Hörmətli Mehriban xanım!

Sizdən çox-çox xahiş edirəm, bu şikayətimi özünüz şəxsən araşdırıb, bu sualın cavabını Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovudan soruşun və bizə yaxından köməklik edin”.

KƏNAN

Redaksiyadan: Mövzunu araşdıracağıq.

 

 

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA